Samirə

 

Ən yaxşı pianoçular müəyyənləşdi

 

Kövkəb Səfərəliyevanın 100 illiyinə həsr olunmuş gənc pianoçuların 1 Respublika müsabiqəsi başa çatdı. Münsiflər heyətinin qərarına görə, 1-ci dərəcəli mükafat heç kimə təqdim edilmədi. 2-ci mükafatı isə Bakı Musiqı Akademiyasının tələbələri Ayan Salahova və Zakir Həsənov bölüşdülər. 3-cü yerə akademiyanın nəzdində fəaliyyət göstərən ixtisaslaşmış musiqı məktəbinin tələbələri Nərgiz Kəngərli, Fəqan Həsənov, Rostropoviçlər adına 21 №-li musiqi məktəbinin 9-cu sinif şagirdi Zöhrə Yusifli layiq görüldülər. Müsabiqənin xüsusi mükafatı olan "Azərbaycan bəstəkarının əsərinin ən yaxşı ifasına görə" mükafat isə BMA-nın 1-ci kurs tələbəsi Aysel Quliyevaya nəsib oldu.

 

Həftə içi.- 2007.- 2 may.- S. 8.