"Savalan" qrupu mistik sufi musiqisi festivalından qayıtmısdır

 

Pakistanda təşkil olunan VI beynəlxalq mistik sufi musiqisi festivalından qayıtmış Dövlət "Yuğ" teatrının "Savalan" autentik musiqi qrupu mayın 12-də mətbuat konfransı keçirmişdir.

"Savalan" qrupunun ilk dəfə iştirak etdiyi festivalda Türkiyə, Kanada, Əfqanıstan, İran, Mərakeş, Avstraliya, Seneqal, Bosniya, Hollandiya başqa dövlətlərdən kollektivlər təmsil olunmuşdu.

Bu, "Savalan"ın xaricdə ilk çıxışı deyildir. 2000-ci ildə yaradılmış kollektiv Hollandiyada keçirilən azərbaycanlıların IV Beynəlxalq konqresində Konyada təşkil olunmuş festivalda da iştirak etmişdir.

Festivalda nominasiyalar olmamışdır. "Savalan" qrupuna Rafi Pir teatr studiyasının Sindh əyaləti hökuməti Mədəniyyət Turizm Nazirliyinin diplomları təqdim edilmişdir.

 

Respublika.- 2007.- 13 may.- S. 6.