Şəkidə "Azərbaycan musiqisi festivali"

 

Mədəniyyət Turizm Nazirliyi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Leyli Məcnun" operasının milli bəstəkarlıq məktəbinin yaranmasının 100 illiyi ilə əlaqədar 2007-2008-ci illər ərzində respublikamızın bütün bölgələrini əhatə edəcək "Azərbaycan musiqisi festivalı"nın keçirilməsinə däir geniş tədbirlər planı işləyib hazırlamışdır. Tədbirlər planına uyğun olaraq, bu il mayın 17-dən Şəki şəhərində silsilə tədbirlər, o cümlədən konsert tamaşalar təşkil edilir.

Şəhər icra hakimiyyətindən bildirmişlər ki, mayın 17-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında festivalın təntənəli açılış mərasimi olmuşdur. Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri geniş konsert proqramı ilə çıxış etmişdir. Salona toplaşanlar orkestrin çıxışını hərarətli alqışlarla qarşılamışlar.

Mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova musiqi festivalının keçirilməsini respublikamızın, eləcə Şəkinin mədəni həyatında mühüm hadisə olduğunu vurğulamış, xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərdən olan Üzeyir Hacıbəyovun milli musiqimizin yaranması inkişafındakı əvəzsiz xidmətlərindən danışmış, maraqlı keçən konsert proqramı üçün kollektivin üzvlərinə minnətdarlığını bildirmişdir. Şəki Şəhər lcra Hakimiyyəti adından kollektivə fəxri fərmanlar rəsm əsəri təqdim olunmuşdur.

Festival çərçivəsində mayın 18-də Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəyovun "Leyli Məcnun" operasının tamaşası göstərilmişdir. Baş rollarda əməkdar artist Gülyaz Məmmədova Səbuhi İbayev uğurla çıxış etmişlər. Festival mayın 19-da beynəlxalq respublika müsabiqələri laureatlarının iştirak etdiyi Klassik musiqi axşamı ilə başa çatmışdır.

 

Respublika.- 2007.- 20 may.- S. 2.