Səid Rüstəmov kitabı nəşr edilib

 

Nərgiz nəşriyyatı Əməkdar incəsənət xadimi Nazim Kazımovun "Səid Rüstəmov" adlı kitabını çapdan buraxıb. Bəstəkarın anadan olmasının 100 illiyinə həsr edilmiş kitab Təhsil Nazirliyinin 13 mart 2007-ci il tarixli 208 saylı əmri ilə təsdiq edilib.

Qeyd edək ki, yeni nəşrdə görkəmli sənətkarın pedaqoyi fəaliyyəti, "Tar məktəbi" kitabının, eyni zamanda, nota köçürdüyü xalq musiqi nümunələrinin təhsil tərbiyəvi əhəmiyyəti işıqlandırılıb. Eləcə Azərbaycan xalq çalğı alətləri orkestrinin inkişafındakı rolu, musiqili komediyaları, teatr tamaşalarına yazdığı musiqi, bəstəkarın tədris olunan əsərlərindən bəhs edilib.

Ön söz 9 bölmədən ibarət olan kitabın elmi redaktoru pedaqoyi elmlər doktoru, professor Vidadi Xəlilov, rəyçilər Xalq artisti Tofiq Bakıxanov sənətşünaslıq namizədi Oqtay Quliyevdir.

 

 

Kaspi.-2007.-11 may.-S.17.