Məşhur Azərbaycan bəstəkarı Firəngiz Əlizadəyə Sülh uğrunda artist mükafatı verilmişdir

 

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Hüseynova bildirmişdir ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın qərarı ilə məşhur Azərbaycan bəstəkarı, xalq artisti Firəngiz Əlizadəyə “Sülh uğrunda artist” mükafatı verilmişdir. Bəstəkar bu mötəbər mükafata YUNESKO-nun ideallarının dünya miqyasında yayılması təbliği sahəsində fəaliyyətinə görə layiq görülmüşdür.

 

Xalq qəzeti.-2007.-31 may.-S.8.