Behbudqızı S.

 

Azərbaycan Paqaninisi

Habil Əliyev: "Bir şeyə sevinirəm ki, səhnədən vaxtında uzaqlaşdım"

 

www.habilaliyev.az

 

Mayın 28- hər zaman peşəkar ifası ilə musiqisevərlərə zövq verən Habil Əliyevin 80 yaşı tamam olur. Belə bir şəxsiyyət haqqında söz demək, yaradıcılığını təhlil etmək, hətta tərif söyləmək artıqdır. Bunların hamısı onun ifasında cəm olub.
   Kamança çalğısının ustad sənətkarının "Həftə içi"nin müxbiri ilə söhbəti səmimi notlar üzərində quruldu:
   - Doğum günü əhvalınız necə olur?
   
- Təbii ki, doğum günü insanın əhvalı başqa günlərdəkindən fərqlənir - hər kəs bir cür əhvallara düşür. Əvvəllər mayın 28-i günü əhvalım daha yüksək olurdu. Son illər isə bir tərəfdən fikirləşirəm ki, bu yaşa gəlib-çatmağım böyük xoşbəxtlikdir. O biri tərəfdən məyus oluram ki, ömrün sonuna bir az da yaxınlaşdım. Yaxşı ki, gözəl ömür yaşamışam. Həm peşə, sənət baxımından, həm şəxsi mənada. Sevdiyim işlə məşğul olmuşam, yüksək sənət meyarlarına xilaf çıxmamışam, ailəm üçün əlimdən gələn hər şeyi etmişəm. Xalqımızdan da razıyam, dövlətimizdən .
   - Çoxlu konsertiniz, qastrol səfərləriniz olub. Yaddaşınızda ən dərin iz buraxan xatirə hansıdır?
   
- Yadımdadır ki, Hindistan səfərində kamançam istiyə dözə bilmədi, çatladı. Sapla bağlayıb çalası oldum. Amma belə maneələr sənət yanğısının yolunu kəsə bilməz. Dinləyiciləri razı sala bilmişdim. Ümumiyyətlə, kamança çox zərif, şıltaq alətdir. Onu hazırlamaq da çətindir, dilini tapıb çalmaq da...
   - İfaçılıq, ümumilikdə musiqi sahəsinin bu gününü necə qiymətləndirirsiniz?
   
- Mən bir şeyə sevinirəm ki, səhnədən vaxtında uzaqlaşdım... Səhnələrimizdə, efirimizdə baş alıb-gedən çirkab girdabı ilə təmasda olmadım. Bu gün baş verənlər biabırçılıqdır. Səsi, istedadı, mədəniyyəti olmayanlar özlərini şou-biznes nümayəndəsi kimi təqdim edib gənclərin zövqünü korlayır, mənəviyyatlarını zəhərləyirlər. Telekanal rəhbərləri ancaq maddi maraqlarının dərdinə qalırlar. Elə kəslərə efir vaxtı ayırırlar ki, onlarla salamlaşmaq da qəbahətdir. Əksəriyyəti təşkil edən avam camaat da elə bilir ki, əgər bunları televiziya ilə göstərirlər, radio ilə səsləndirirlərsə, deməli, dəyərli adamlardır, beləsi lap 1 həftə konsert versə, getmək lazımdır. Axı əvvəllər vəziyyət belə deyildi. Keyfiyyəti kəmiyyətə qurban verib hər yoldan ötənə meydan vermirdilər. İndi elə bir vəziyyət yaranıb ki, həmin o zövqləri korlayanlar ayıq, dərrakəli insanları "geridə qalmış" adlandırırlar. Çox pis vəziyyət yaranıb. Dövlət qəti tədbirlərə əl ata bilməz, çünki demokratik dövlətdə yaşayırıq...
   - Əlac yalnız "ələyin" işə düşməyinə qalır...
   
- Elədir. Gözləməliyik ki, dəyərlər öz yerini tutsun.
   ı Habil Mustafa oğlu Əliyev Azərbaycanın Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Həmin illərdə məşhur xanəndə musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) onların evində kirayədə qalırmış. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya da kamançada ifa edərdilər.
   Habil Əliyev uşaqlıq illərini belə xatırlayır (xatirələr məlumatlar www.habilaliyev.az saytından götürülüb): "Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri anam, o birisi isə Əhməd Ağdamskidir. Yaxşı yadımdadır, uşaq idim. Çömçəni kamança kimi dizimin üstünə qoyub oxlovu ona sürtərdim. Anam bunu görüb çox sevinmişdi. Ağdaş musiqi məktəbinə qəbul olunanda əvvəlcə tarla maraqlandım, ancaq fiziki cəhətdən zəif olduğum üçün biləyim tara tab gətirmədi. Kamançanı seçdim. Elə həmin vaxtdan da kamana meyl saldım..."
   7 illik orta məktəbi musiqi məktəbini bitirəndən sonra Habil Əliyev pedaqoji məktəbə daxil olub. Bu dövr 1941-1945-ci illərə - Böyük Vətən müharibəsi dövrünə təsadüf etdiyindən evin dolanacaq ümidgahı gənc Habil olmuşdu. Buna görə o, pedaqoji məktəbdə oxumaqla bərabər, axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında işləyirdi, kamança çalırdı, eyni zamanda Ağdaş rayon Pionerlər Evində rəqs dərnəyinin üzvü idi. 1944-cü ildə Bakıda keçirilən baxış-müsabiqənin qalibi seçilib. H.Əliyev: "Musiqiçilərə qoşulub toylara gedirdim ki, evin dolanışığını təmin edim. 1947-ci ildə qayıtdım Ağdaşa, Pionerlər Evində dərnək rəhbəri oldum".
   H.Əliyevin xatirələrindən: "Cəbhədə qardaşım həlak olmuşdu, qonum-qonşuda da "qara kağız" alanlar az deyildi. Qəribədir ki, onda mən ağlaya bilmirdim. Ancaq çalırdım. Dərdimi kamana deyirdim. Mənə elə gəlir ki, indi kamançamda o fəryadlar qalmaqdadır".
   Habil Əliyev 1952-ci ildə Bakıya gələrək Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. Habilin ifası bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Ona filarmoniyada işləməyi məsləhət görmüşdü. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama xalq mahnısına qulaq asıb çox razı qalmışdılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə muğam triosunda kamançaçalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olub, püxtələşmək imkanı qazanıb. 1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti baş tutub. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah" musiqisevərlər, mütəxəssislər arasında böyük əks-səda doğurmuşdu. Habil Əliyev "Segah", "Bayatı-qaçaq", "Bəsti Nigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verərək 1950-ci illərin sonu - 1960- illərin əvvəllərində mahir kamança ustası kimi formalaşmışdı.
   Böyük Britaniyada Azərbaycan günləri çərçivəsində Az
ərbaycan incəsənət ustalarının konserti keçirilmişdi. Həmin gecə kamançanın "rəqibləri" Rəşid Behbudov, Müslüm Maqomayev, Tamara Sinyavskaya kimi dünyaşöhrətli sənətkarlar idilər. Konsertdən sonra Qlazqo şəhərinin bələdiyyə binasında ingilis musiqiçiləri, ər-arvad Harrisonlar Habil Əliyevin ifasını proqramın canı adlandıraraq onu "Azərbaycan Paqaninisi" adlandırmışdılar.
   Habil Əliyev keçmiş SSRİ respublikalarında, eləcə dünyanın bir çox ölkələrində - Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik s. yərlərdə qastrol səfərlərində olub. Ustad sənətkar virtuoz ifaçılıqla yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün məşhur musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin Azərbaycan muğamlarından xalq mahnılarından ibarət kompakt diskləri ABŞ, Fransa, Yaponiya, İtaliya Yunanıstanda da buraxılıb.
   O, sənətdə göstərdiyi xidmətlərinə görə 1964-cü ildə "əməkdar artist", 1978-ci ildə "xalq artisti" fəxri adlarına layiq görülüb. Orden medallarla təltif edilib. H.Əliyev respublika prezidentinin fərdi təqaüdçüsüdür. Şairlərimiz onun sənətindən ilhamlanaraq poeziya nümunələri qələmə alıblar, rəssamlarımız tablolar çəkiblər, heykəltəraşlarımız büstlər işləyiblər, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyublar, ədiblərimiz onun haqqında kitablar yazıblar. Dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin ona həsr etdiyi artıq dünyanı fəth etmiş "Habilsayağı" simfonik əsəri bir çox ölkələrin möhtəşəm konsert saraylarında uğurla səsləndirilib. Habil Əliyev haqqında bir neçə sənədli film-oçerk çəkilib.

 

Həftə içi.- 2007.- 26-29 may.- S. 8.