Dövlətimizin başçısı
zəmanəmizin görkəmli musiqiçisi maestro Mstislav
Rostropoviçin dəfn mərasimində iştirak etmişdir
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev zəmanəmizin görkəmli musiqiçisi maestro
Mstislav Rostropoviçin dəfn mərasimində iştirak etmək
üçün aprelin 28-də Moskvaya getmişdir.
Azərbaycan
dövlətinin başçısı və xanımı
Mehriban Əliyeva aprelin 29-da böyük musiqiçinin ruhuna
dua oxunması mərasiminin keçirildiyi Xilaskar İsa Məsih
kilsəsinə gəldilər. Prezident İlham Əliyev
və xanımı Mstislav Rostropoviçin həyat
yoldaşı Qalina Vişnevskayaya, mərhumun doğmaları
və yaxınlarına dərin hüznlə
başsağlığı verdilər, onların
kədərinə şərik olduqlarını bildirdilər.
Dövlətimizin
başçısı və xanımı mərhumun tabutu
yanında dayanaraq, görkəmli həmyerlimizə son
borclarını verdilər.
Böyük
musiqiçinin xatirəsini yad etməyə gələn insan
axınının ardı-arası kəsilmirdi. Xilaskar İsa
Məsih kilsəsinə dua mərasiminə gələnlər
arasında İspaniya kraliçası Sofiya tanınmış
incəsənət, siyasət, elm xadimləri vardı.
Dünya musiqi tarixində silinməz iz qoymuş Mstislav
Rostropoviç parlaq, hərtərəfli şəxsiyyət,
əsl dünyamiqyaslı insan idi. Onun uçurulmuş Berlin
divarı yanında violonçeldə ifası, habelə
1991-ci ilin avqustunda QKÇP-yə qarşı etirazı
məşhur musiqiçinin humanist mövqeyinin, onun
despotizmlə barışmazlığının sübutudur.
Bakılı Mstislav
Rostropoviç azərbaycanlıların yaddaşında dost
kimi qalmışdır. Azərbaycanın yaradıcı
gənclərinə daim kömək etmiş, geniş
xeyriyyəçilik fəaliyyəti ilə məşğul
olmuş, uşaqların sağlamlığının qorunmasına
yönəlmiş humanitar proqramları
dəstəkləyən insanı ölkəmizdə məhz
belə adlandırırlar. Prezident İlham Əliyevin Qalina
Vişnevskayaya ünvanladığı
başsağlığı teleqramında deyilir: "Mstislav
Rostropoviç, həqiqətən, dünya vətəndaşı,
görkəmli ictimai xadim, humanizmin və
ümumbəşəri dəyərlərin ülvi
amallarını həmişə və hər yerdə qoruyan
ən yüksək mənəviyyata malik insan olmuşdur. O,
bizim xatirəmizdə həmişə parlaq, qeyri-adi
şəxsiyyət, gözəl, son dərəcə
cəzbedici və xariqüladə bir insan kimi qalacaqdır.
Bizim hamımıza ağır, əvəzsiz itki üz
vermişdir".
Azərbaycan
dövlətjnin başçısı və xanımı
həmin gün Mstislav Rostroppviçin Novodeviçye
qəbiristanlığında dəfn mərasimində
iştirak etdi. Onlar böyük musiqiçini son
mənzilə yola salaraq məzarına torpaq
tökdülər. Qalina Vişnevskayaya bir daha
başsağlığı verdilər.
Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva sonra Rusiyanın
birinci Prezidenti Boris Yeltsinin məzarını ziyarət edərək
gül qoydular, görkəmli dövlət və siyası
xadimin maestro Mstislav Rostropoviçin dəfn mərasimində
iştirak edən xanımı Naina Yeltsinaya da
başsağlığı verdilər.
Azərbaycan
dövlətinin başçısı Rusiyanın
tanınmış jurnalisti, təyyarə qəzasında həlak
olmuş Artyom Borovikin də, məzarını ziyarət
edərək gül qoydu.
Azərbaycan.- 2007.- 1 may.- S. 2.