Brilliant Dadaşova Yağış
mahnısına klip çəkdirib
Müğənninin ötən
əsrdə yazılmış
mahnısı ekranlaşdırılıb
Brilliant Dadaşovanın "Yağış" mahnısına
çəkdirdiyi klip
artıq hazırdır. Xatırladaq ki, Brilliant xanım
adıçəkilən mahnını
hələ keçən
əsrin axırlarında
ifa edib. Sözləri və musiqisi
Xanımİsmayılqızına aid mahnının klip çəkilişlərini reyissor
Samir Fərzəlibəyov
həyata keçirib.
Reyissor Ülviyyə Könül
isə klipdə prodüserlik missiyasını
üzərinə götürüb.
Onu da qeyd edək
ki, klipin reyissorluq işinin məhz S.Fərzəlibəyova
həvalə edilməsi
ideyası Ülviyyə
Könülə məxsusdur.
O S.Fərzəlibəyovun ölkəmizdə qrafika yanrında çalışan
ən yaxşı reyissor olduğu qənaətindədir.
Müğənni qeyd etdi ki,
onu bu mahnıya
klip çəkdirməyə
Musiqili Komediya Teatrının baş rəssamı İsmayıl
Məmmədov ruhlandırıb. Belə ki,
klipdə rəssamın
Bakıya aid cizgi yanrında çəkdiyi
əsərlər nümayiş
olunur. İlk baxışdan klipin
cizgi filminə oxşarlığı olsa
da, əslində, klipdə İ.Məmmədovun
əl işləri sərgilənir. Sadəcə, həmin əsərlər
cizgi yanrında çəkilib. Rəssam İ.Məmmədov
söyləyir ki, klipdəki əsərləri
hələ 1994-cü ildən
çəkməyə başlayıb.
Onun fikrincə,
Brilliant xanımın ifası
həmin rəsmləri
sanki canlandırır
və hər birimizə yaxın edir: "Əsərlərimdə
Bakının dar küçələrini,
qədimi görünüşünü
çəkmişəm. Hazırda yeni inşa edilən binaların arxasında köhnələr
itib batır. Çox istərdim ki, gələcək nəsil
bundan xəbər tutsun. Mənim qənatimcə, bu
klipdə bir növ insanlara çağırış, ismarıc
var ki, tarixlərini,
mədəniyyətlərini qorusunlar".
Reyissor isə rəssamın fikirləri ilə mahnı arasında harmoniya yaratmağa çalışıb. Yaradıcı qrupun qənaətincə,
Bakı mənzərələri
hər bir paytaxt sakininə öz həyatının bir səhifəsini xatırladacaq. Çünki Bakının köhnə
və dar küçələrindən keçərək
çoxları məhəbbət
dolu günlər yaşayıblar və indidən sonra da yaşayacaqlar. Onu da qeyd edək
ki, mahnının sözlərinə uyğun
süyet xətti axtarışında olan yaradıcı qrup "Yağış" mahnısının
bu dinamik ideyanın mahiyyətinə
tam uyğun gəldiyi
qənaətindədir. Klipin prodüseri Ü.Könül bizimlə
söhbətində qeyd
etdi ki, Azərbaycanda qrafika, animasiya yanrında çəkilmiş kliplər
azlıq təşkil
edir: "Klipdə hansısa rəssamın əsərlərinin nümayişi
isə ümumiyyətlə,
Azərbaycan üçün
yenidir. Klip real olmayan məkanda
çəkilsə də,
orada bir canlı obraz var. Əgər diqqət yetirmisinizsə, əsərdə
Brilliant xanım gah canlı, gah da cizgi formasında
görünür. Bu onunla əlaqədardır
ki, Brilliant xanım oxuduqlarını yaşayır
və biz onun üz cizgiləri, emosiyaları vasitəsilə
bunu tamaşaçıya
çatdırmağa çalışmışıq".
Reyissor S.Fərzəlibəyov isə
klipin ağ-qara çəkilməsinə aydınlıq
gətirdi. Onun qənaətincə, musiqinin
sadəliyi və oriyinallığı, rəsm
əsərləri yaradıcı
heyətdə bu ideyanı yaradıb: "Məlum olduğu kimi, Brilliant xanım mahnını pianonun müşayiəti ilə
ifa edib. Yəni musiqidə digər alətdən istifadə olunmayıb. Əsərlər də ağ-qara rəngdən ibarətdir.
Ona görə də qərar aldıq ki, klip də
mahnının ruhuna uyğun olsun".
Kaspi.-2007.-18 may.-S.17.