Ələkbərova M.
Heydər Əliyevin anadan
olmasının 84-cü ildönümü qeyd edildi
Mədəniyyət
və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümünə
həsr olunmuş "Heydər Əliyev çağdaş
kitabxana quruculuğunun banisidir" mövzusunda dəyirmi masa keçirdi.
Tədbiri Mədəniyyət
və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva
açaraq, Heydər Əliyevin mədəniyyətimizə,
xüsusilə kitabxanalara qayğısından
danışdı: "Bugünkü tədbir artıq
azərbaycanlılar üçün müqəddəs bir
günə çevrilən H.Əliyevin doğum günü münasibətilə
keçirilir. Ölkəmizin çiçəklənməsində,
qüdrətlənməsində, firavan gələcəyi,
beynəlxalq aləmdə nüfuz qazanması,
respublikamızın ərazi bütövlüyünün
bərpa olunması sahəsində onun misilsiz xidmətləri
olub. Azərbaycan Respublikasının
tərəqqisi naminə görülən işlər 35
ilə yaxındır ki, H.Əliyevin adı ilə bağlıdır.
Onun dahiyanə idaraçilik qabiliyyəti və strateji
təfəkkürü sahəsinde respublikamız böyük
inkişaf yolu keçib. O, beynəlxalq miqyasda tanınmış
siyasi lider, cəmiyyətin inkişafına təkan verən
fenomen şəxsiyyət, böyük siyasi
mədəniyyətə, yüksək
təşkilatçılıq qabiliyyətinə malik olan
insan idi".
Daha sonra tədbirdə
H.Əliyevin Milli Kitabxanaya gəlişləri ilə
bağlı bir neçə dəqiqəlik film nümayiş
etdirildi. Kitabxananın direktoru Kərim Tahirov H.Əliyevin
kitabxana sahəsində olan xidmətlərindən
söhbət açdı: "Azərbaycanda mövcud olan
kitabxanaların fəaliyyətinin bugünkü
səviyyəyə qalxması H.Əliyevin sayəsində
mümkün olub. Məhz onun səyi nəticəsində
respublikada mərkəzləşmiş kitabxana sistemləri
yaradıldı. Bu gün ayrı-ayrı nazirliklərin,
AMEA-nın öz kitabxanaları
mövcuddur. 1990-cı illərin əvvəllərində
Sovet ittifaqının bir çox ölkələrində
olduğu kimi Azərbaycanda da kitabxanalar təhlükə qarşısında
idi. O dövrdə kitabxanalara "barmaqarası"
baxırdılar, "bu boyda bina kimin nəyinə
lazımdır" ifadəsini işlədənlər də
vardı. Lakin H.Əliyev kitabxana binalarının
özəlləşdirüməsinin qadağan olunması
ilə bağlı sərancam verərək, paytaxtda və
rayonlarda kitabxana binalarının
tikilməsinə şərait yaratdı. O, 1995-1997-ci illərdə
Milli Kitabxanada 4 dəfə olub. Milli Kitabxanaya xarici
dillərdə kitabların alınması ilə bağlı
5000$ ptıl vəsaitinin ayrılması ilə bağlı
sərəncam imzalamışdı". Tədbirdə
iştirak edən Milli Məclisin İqtisadiyyat komissiyasının
sədri Ziyad Səmədzadə H.Əliyevin müstəqil
Azərbaycan dövlətinin qurucusu olduğunu bildirdi:
"H.Əliyevin 35 illik fəaliyyəti Azərbaycanın
iqtisadiyyatı ilə bilavasitə bağlıdır. O, hakimiyyətə
gəlməmişdən qabaq
dövlət büdcəsi
300-400 min $ təşkil edirdi,
indi isə bu rəqəm 8 milyard $-a yaxındır. Onun neft sahəsində həyata keçirdiyi layihələr Azərbaycanın
əbədi kapitalıdır".
Tədbirin sonunda iştirakçılar
H.Əliyevin anadan olmasının 84-cü ildönümünə
həsr çlunmuş
kitab sərgisinə baxış keçirdilər.
Yaddaş.- 2007.- 17 may.- S. 4.