Türk Dünyası Aşıqlarının I Şöləni

 

Aşıqlarımız Ərzurumda keçirilən tədbirə qatılıb

 

Azərbaycan aşıqları Altay Məmmədli Zahid Məmmədov Türkiyənin Ərzurunı şəhərində keçirilən I Türk Dünyası Aşıqlarının Şölənində iştirak edib. Bu barədə APA-ya Aşıq Altay Məmdli məlumat verib. Onun sözlərinə görə, ilk dəfə olaraq keçirilən şölən "Günəş Vəqfi"nin təşkilatçılığı ilə gerçəkləşib. Mayın 3-dən 6-dək davam edən tədbirə İranda, Gürcüstanda yaşayan Azərbaycan aşıqları da qatılıb.

110 nümayəndənin iştirak etdiyi I Türk Dünyası Aşıqlarının Şöləninin hər il ənənəvi olaraq keçirilməsi nəzərdə tutulub. Gələn ildən başlayaraq şöləndə 330 nümayəndənin iştirakı planlaşdırılır. Tədbirin keçirilməsində əsas məqsəd Türk Dünyasının qədim milli mədəniyyətinin qorunub-saxlanması, bu sənəti dünyaya tanıtmaqdır.

 

Ekspress.- 2007.- 11 may.- S. 13.