Aydan

 

«Körpəm»in dünyaya gətirdiyi körpə...

Dövlət Uşaq Teatrı beş yaşına qədəm qoydu

 

Düz beş ildir ki, dənizkənarı Milli Parkda məkanca kicik, əhatə dairəsinə görə isə böyük bir teatr fəaliyyət göstərir. Hər gün balaca tamaşaçılarını başına toplayaraq onlara bolluca sevinc, əyləncə bəxş edir. Söhbət Dövlət Uşaq Teatrından - hələ beş ilə qədər tövlə, təmir materiallarının saxlandığı anbar kimi istifadə olunan bir sahədə böyük zəhmət bahasına yaradılan mədəniyyət ocağından gedir.

Bu günlərdə beş yaşına qədəm basan Uşaq Teatrının dırektoru İntiqam Soltanın sözlərinə görə, ona qədər bu məkanı bir çox mədəniyyət ocaqlarına təklif ediblər. Lakin ərazi o qədər yarıtmaz vəziyyətdə olub ki, hamı ondan boyun qaçırıb: "Lakin bizim gözümüz qorxmadı. Bu işi boynumuza götürdük elə teatrın yarandığı birinci ildəcə planı artıqlaması ilə ödədik". Uşaq Teatrının yaranmasında "Körpəm" Eksperimental Uşaq Teatrının rolu da böyük olub. Bu teatr məhz İ.Soltanın rəhbərliyi altında fəaliyyət göstərən "Körpəm"in sosial, texniki yaradıcı bazası əsasında formalaşdırılıb. Yarandığı gündən bəri Uşaq Teatrının təmirinə təxminən 30 min AZN məbləğində maddi vəsait xərclənib. Bu müddət ərzində iyirmidən artıq tamaşa balacaların ixtiyarına verilib. Uşaqların vətənpərvər ruhda tərbiyələnməsi teatrın əsas yaradıcılıq prinsipidir. Məsələn, "Vətən" pantomim tamaşasında Azərbaycan himninin, bayrağının yaranması, "Qara sandıq"da isə milli sərvətlərimizə uzanmış qara əllər, işğalçı ruhlu dövlətlər haqda balaca tamaşaçılara sadə onların anlaya biləcəyi dildə məlumat verilir. Hazırda teatrda İ.Soltanın öz müəllifliyi ilə "Sıravi Dursun" tamaşası hazırlanır ki, bu da hərbi xidmətdən yayınan gənclərin tərbiyələnməsinə hesablanıb. Bundan başqa, kollektiv həbsxanalarda vərəm əleyhinə maarifləndirmə ilə bağlı bir layihə üzerində işleyir. Lakin teatrın yeni layihələri bununla da bitmir. İ.Soltan həmçinin "Soros" Fondunun maliyyə dəstəyi ilə yeniyetmələrin cəzacəkmə müəssisəsində QİÇS əleyhinə, azyaşlı məhkumların cəmiyyətə inteqrasiyasından bəhs edən tamaşa hazırlayacaq.

Maraqlısı budur ki, bu tamaşada rolları elə məhkumların özləri oynayacaqlar. İ.Soltanla söhbət zamanı bir şad xəbər eşitdik: teatr Avropa Şurasından əməkdaşlıq təklifi alıb bu, ilk belə haldır ki, qurum bir teatrla işbirliyinə qol qoyur. "Avropanı uşaqlarla birlikdə uşaqlar üçün quraq" layihəsi çərçivəsində Avropa Şurasının Azərbaycan bölməsinin informasiya ofısi ilə müqavilə bağlamışıq. Allah qoysa, iyulun 6-da şərti adı "Şapalaqsız gün" olan yeni tamaşa ilə tamaşaçıların qarşısına çıxacağıq. Premyeraya Strasburqdan qonaqların gələcəyi gözlənilir", - deyə İ.Soltan bildirir. Teatrın direktoru onu da deyir ki, aktyorların maddi durumunun aşağı səviyyədə olması üzündən ildən-ilə kollektiv təzələnir: "Bu gün bizim teatrda çalışan aktyorların hər biri 50-60 manat əməkhaqqı alırlar. İndiki sosial durumda isə təbii ki, bu, çox cüzi məbləğdir. Ona görə aktyorlamızın bir çoxu sənətdən gedərək müxtəlif sahələrdə çalışırlar. Bu səbəbdən də ildən-ilə kollektivi yeniləmək məcburiyyətindəyik. Doğrusu, biz , Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Həsənağa Qurbanov da Hacıbala Abutalıbova aktyorların maaşlarının qaldırılması təklifi ilə müraciət etmişik. Ancaq indiyə qədər ondan bir səs-soraq yoxdur". Dövlət Uşaq Teat mayın 11- yay mövsümünü açacaq. Elə həmin gün kollektiv beş illik yubileyini qeyd edəcək. Ozü də sənət dostlarının - Dövlət Kukla Teat, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teat, Dövlət Gənclər Teatrı, Pantomim Teat kollektivlərinin, mətbuat nümayəndələrinin əhatəsində. Yubiley münasibəti "Azadlıq" qəzeti də başda İntiqam Soltan olmaqla, Dövlət Uşaq Teatrını təbrik edir bu kollektivə yeni yaradıcılıq uğurla diləyirik.

Azadlıq.- 2007.- 9-10 may.- S. 15.