Cahandar ağanın yubileyi

 

Azərbaycan kinosunun korifey sənətkarlarından olan xalq artisti Ələddin Abbasovun 85 yaşı tamam olııb. APA-nın məlumatına görə, bu münasibətlə Gəncədəki 2 saylı Mərkəzləşdirilmiş Kitabxanada aktyorun yubileyi keçirilib. "Natəvan" təşəbbüs qrupunun təşkil etdiyi tədbirdə aktyorun sənət dostları, incəsənət xadimləri və musiqiçilər iştirak edib. Yubiley görüşündə səhnəmizin Cahandar ağası kimi yadda qalan Abbasov öz yaradıcılığından maraqlı söhbətlər edib.

Xalq artistinin mənalı sənətkar ömrünə nəzər salınıb.

 

Ekspress.- 2007.- 17 may.- S. 13.