Əli Salahlı Lənkəranda
xatırlanıb
N.B.Vəzirov adına
Lənkəran Dövlət Dram Teatrında əməkdar
artist Əli Salahlının xatirə gecəsi keçirilib. Mərasimdə
uzun müddət Lənkəranda aktyor kimi fəaliyyət
göstərmiş Əli Salahlının xatirəsinə
həsr olunmuş "Sonuncu monoloq" kitabının
müəllifi yazıçı-publisist Nurəddin
Ədiloğlu, teatrın baş rejissoru, əməkdar
incəsənət xadimi Baba Rzayev, teatrın direktoru İslam
Həsənov və sənətkarın səhnə
dostları çıxış edərək Əli Salahlı
ilə bağlı xatirələrini danışmış,
onun görkəmli səhnə ustası olması ilə
yanaşı, rəssamlıq qabiliyyətini də
diqqətə çatdırıblar. Gecədə Əli
Salahlının oynadığı tamaşalardan və bədii
filmlərdən parçalar nümayiş etdirilib.
Lənkəranlı sənətsevərlər,
həmçinin teatrın foyesində Əli Salahlının
rəsm əsərlərindən ibarət sərgi ilə
də tanış olublar.
Palitra.- 2007.- 9 may.- S. 13.