Fərhad Bədəlbəyli
Parisdə konsert verib
Bakı Mustqi Akademiyasının rektoru,
xalq artisti Fərhad Bədəlbəyli
və violonçel ifaçısı Rasim Abdullayev Parisə səfər ediblər. Səfər çərçivəsində
musiqiçilər ümunnmilli
lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü
münasibəti ilə
Parisdə konsert veriblər. Bunu Parisdə səfərdə
olan bəstəkar Fərhad Bədəlbəyli
deyib. Onun sözlərinə görə,
konsertdə Fransanın
tanınmış piano ifaçısı
da çıxış
edib. Azərbaycanın
Fransadakı səfirliyinin
təşkilatçılığı ilə baş tutan konsert proqramında
Azərbaycan və dünya bəstəkarlarının
əsərləri səslənib.
F.Bədəlbəyli deyib
ki, səfər çərçivəsində Fransa Konservatoriyasının
rəhbərliyi ilə
görüşüb: "Səfərimiz olduqca uğurlu keçir. Hazırda Fransa-da bu ərəfədə keçiriləcək festivallarda
iştirak etmək niyyətindəyik. Artıq
Azərbaycanın beynəlxalq bazara girmək vaxtıdır.
Bu prosesin baş tutması
üçün bir sıra əlaqələr
yaratmaq və Azərbaycanın beynəlxalq
musiqi bazarına daxil olmasına yardım etmək istəyirik". Rektor bildirib ki, səfər
zamanı iki ölkə arasında mədəni əlaqələrin
möhkəmlənməsi sahəsində
bir sıra qərarların qəbulu da gözlənilir. Musiqiçilərin Fransa səfəri mayın
15-də yekunlaşacaq.
Səs.- 2007.- 12 may.- S. 16.