Mürvətqızı S.
Şuşanın işğalının
15-ci ildönümü anılıb
"Azərsun Holdinq"in Mədəniyyət
Mərkəzində Elçinin "Şuşa dağlarını
duman bürüyüb" tamaşası nümayiş olunub
Dünən
"Azərsun Holdinq"in Mədəniyyət Mərkəzində Şuşanın
ermənilər tərəfindən
işğalının 15 illiyinə
həsr edilmiş
"Bu qala bizim qala" adlı anım mərasimi keçirildi. Mərasimdən əsas məqsəd
qan yaddaşımızın
çox ağrılı
bir səhifəsinə
yenidən nəzər
salmaq, Şuşanın
hələ də erməni tapdağında olduğunu bir daha xatırlamaq idi. İkihissəli tədbirin 1-ci bölümündə
giriş sözüylə
çıxış edən
layihənin rəhbəri E.Abdullayeva Şuşanın Azərbaycan
xalqı üçün
müqəddəs məkan
olduğunu önə
çəkdi. Sonra Şuşanın əvvəlki
və indiki durumunu əks etdirən kadrlar nümayiş olundu. "Azərsun Holdinq"
Şirkətlər Qrupunun
prezidenti Abdulbari Goozal çıxışında
Şuşanın və
ümumiyyətlə işğal
altında olan Azərbaycan torpaqlarının
geri alınacağına
güclü inam bəslədiyini və o günün uzaqda olmadığını
vurğuladı. Şuşa
rayon İcra Hakimiyyəti başçısının
müavini Ramiz Qasımov anım tədbirinin keçirilməsinə
görə mərasimin
təşkilatçılarına bütün şuşalılar
adından təşəkkür
etdi. Tarixi proseslərə nəzər
salan R.Qasımov torpaqlarımızın o dövrdəki siyasi çaxnaşmaların nəticəsində
işğal edildiyini,
lakin bu vəziyyətin müvəqqəti
olduğuna, dədə-baba yurdlarımızın
mütləq geri alınacağına əminliyini
dilə gətirdi. İncəsənət Muzeyinin
elmi işlər üzrə direktor müavini Elmira Qasımova erməni işğalçılığının əsl mahiyyəti, bədnam qonşularımızın
iç üzü barədə fikirlərini
söylədi: "İşlədiyim
muzeyin həyətində
hər gün Üzeyir bəyin, Bülbülün, Natəvanın
güllələnmiş
heykəlləri ilə
üzləşirəm. Bu hər
bir azərbaycanlı üçün ağır
sınaqdır, ancaq bu sınağın tezliklə bitəcəyinə
ürəkdən inanıram".
Şuşa Dövlət
Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu müqəddəs şəhərlə bağlı
teatrı qoruyub yaşatdıqlarını, Şuşanın
azad ediləcəyi günü səbirsizliklə gözlədiklərini
bildirdi. Sonda Şuşa Teatrının
ifasında Xalq yazıçısı Elçinin
"Şuşa dağlarını
duman bürüyüb"
tamaşası nümayiş
etdirildi.
525-ci qəzet.-2007.-5 may.-S.24.