Qaliboğlu E.
Alın yazısı
Tatar yazıçısı
Tufan Minullinin əsəri tamaşaya qoyulub
Bu günlərdə
Akademik Milli Dram Teatrında tanınmış
tatar yazıçısı
Tufan Minullinin "Alın yazısı"
("Ərməğanlı Əlməndər") (tərcümə
A.Kazımovundur) adlı
iki hissəli qəmli komediyasının
tamaşası oldu. Tamaşanın mövzusu ölümə
dov gələn, ahıllıq yaşını
belə aşan 91 yaşlı Əlməndər
kişinin bu yaşında da yaşamaq eşqini itirməməsi üzərində
qurulub. Əlməndər
kişi obrazını mübaliğəsiz
olaraq xalq artisti Hacı İsmayılovun ən yaxşı rollarından biri saymaq olar.
Əlməndər kişinin bütün
məqamlarda halı sabitdir. Aktyor H.İsmayılov tamaşa
boyunca daim özünü ahıl, amma "canı sulu" Əlməndər
kimi hiss edə bilir.
Əlməndərin bu qədər çox yaşamasının
səbəbi görəsən
nədir? İnsan uzun ömür
sürməsi üçün
təkcə nəsildən,
kökdən gəlmə
genlərinəmi minnətdar
olmalıdır? Tamaşada
düşündürücü məqamlar çoxdur: insanlar müəyyən bir yaş həddinədək
çalışır, vuruşur,
yaşayış şəraitlərini
qururlar. Lakin nəfəs dərərkən,
"rahatlığa yetərkən"
artıq ömür başa çatmış
olur. Əslində
insanlar ömürlərini
mənalı qura bilmədiklərindən az ömür sürürlər, yaxud da yetdikləri çox ömrü mənalı yaşaya bilmirlər. Əlməndər
kişi obrazında həyatı coşğuncasına, inamla
yaşamaq eşqi var.
Əlməndərin sifətində
həm də dərin bir kədər var. H.İsmayılovun
fitri aktyorluğu sayəsində obrazın daxili aləmi bütünlüklə açılıb.
Əlməndərin komikliyində həm
də rolun faciəviliyi görünür.
Əlməndəri inadla yaşadan
həyatdan vaxtsız getmiş 4 nakam oğlunun yarımçıq
ömrü, arzularıdır.
Onu fəlakət yıxa bilmir, əksinə, o, fəlakətdən güc
ala, fəlakətin üzərində
yüksələ bilir.
Oğlu İsgəndər o biri qardaşlarından fərqli
olaraq müharibədən
qayıtsa da, sanki atasından qat-qat yaşlıdır.
M.Hacıbəyovun dili topuq vuran İsgəndəri, K.Əliyevanın əlləri
əsən, deyingən
Hökuməsi də uğurlu alınıb.
Hicran Nəsirovanın Həmbdəbanu
obrazı sakit, təmkinlidir. Vaxtından tez
qocalan Həmdəbanu
özünü axıra
kimi ciddi aparır. Məsmə Aslanqızının bir tamaşada iki rolu da
yaxşı alınıb.
O, həm Əlməndərin
nəticəsidir, həm
də xəyalən Əlməndərin ilk arvadı
Yazbikənin obrazını
yaradıb. Gülöyşənin sifətində tamaşaçı
həyata qarşısıalınmaz
sevgiylə baxan bir qız görür.
Məhz sonuncu dəfə Gülöyşə ilə
Mənsurun sevgisindən
ruhlanan Əlməndər
baba növbəti dəfə insanlara yaxşılıq etməyə
çalışır və
edir də.
Tamaşadakı Əzrayıl və Əcəl obrazlarını
dramaturq daha çox komik planda təsvir edib. Xüsusən Əcəlin Əlməndərin
"kitabını bağlamağa"
gələrkən qocanın
onu dəfələrlə
aldatması tamaşanın
komizmini artırır.
Müasir geyimli Əcəl Əlməndər
kişiyə dəfələrlə
aldansa, hətta dəfələrlə onunla
bal arağı içsə də, sonda Əlməndərin canını alır. Tamaşada müxtəlif nostalji mahnılardan istifadə edilib. Əsərin gözəl səhnə
tərtibatı ilə
müqayisədə musiqi
orijinal təsiri bağışlamır. Təəssüf ki, belə gözəl
tamaşanın öz
musiqisi yox idi. Tamaşada Əlməndərlə Yazbikənin xəyali görüşü təsirli
alınıb. Bu səhnədəki işıq-kölgə
effekti, ruha, məqama uyğunluğu yerli-yerindədir.
Tamaşanın quruluşçu rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı
xalq artisti Rafis İsmayılov, musiqi tərtibatçısı
Səbuhi Məmmədovdur. Rolları
həmçinin Aslan Şirinov (Mənsur), Xədicə Novruzlu (İlsur), əməkdar
artist Kazım Abdullayev
(Əzrayıl), Tofiq Hüseynov (Əcəl), Ləman İmanova (Məleykə) ifa edirlər. Rejissor Ağakişi Kazımov tamaşanın hansı zərurətdən yaranması
barədə bunları
deyir: "Tufan Minullin hazırda Tatarıstanın tanınmış
dramaturqudur. Onunla tanışlığımın
40 ilə yaxın tarixi var. Tufanın indi 70-ə yaxın yaşı olar. Yadımdadı, mən Tatarıstanda
"Aydın" tamaşasını
hazırlayanda o, dramaturqluğa
yenicə başlayırdı.
Tufanın əsərləri elə başlanğıcdan
müvəffəqiyyət qazandı,
daha çox uğur qazanan isə bu əsəri
oldu. Əsər ötən yüzilin
70-ci illərində yazılıb.
Əsərin orijinalı
indikindən bir az fərqlidir.
Belə ki, orada kolxoz mövzusu
da var. Əlməndər
lap qocalana kimi kolxoz sədri işləyir, axırda onu az qala məcburi şəkildə təqaüdə
göndərirlər. Quruluş dəyişəndən
sonra müəllif bu məqamları əsərdən çıxartdı.
Amma bununla belə əsərin aktuallığına
qətiyyən xələl
gəlmədi. Əsər indiyə
kimi Tatarıstan Akademik Milli Teatrının səhnəsindədir".
Bu tamaşaya Tatarıstan teatrının
səhnəsində 22 il qabaq baxdığını deyən
rejissor elə o vaxtdan da əsəri
bəyənib: "Əsər
ilk dəfə tamaşaya
1975-ci ildə hazırlanıb.
1990-cı ilin
sonları idi. Teatrımız Türkiyəyə qastrola
getmişdi. Aktyorlar gəldilər
dedilər ki, tatarlar orada gözəl bir əsər göstərdilər.
O zaman yadıma düşdü ki, məsələ hansı əsərdən gedir. Əsərdə məni çəkən
onun əsas xətinin "Dədə
Qorqud" dastanlarındakı
Dəli Domrul obrazına yaxınlığıdır.
Orada da Dəli Domrulla
əcəl arasında
döyüş gedir.
Domrul dəfələrlə əcəli
aldadır. Aimma burada daha çox
müasirlik var. Əsərin
adı "Ərdərmişli
Əlməndər"dir. Müəllif
dedi ki, onu sizin dillə
"Ərməğanlı Əlməndər" elə.
Tərcümədə heç bir
problem olmadı. Ölüm
və həyat: bu, əbədi bir mövzudur. Müəllif demək istəyir
ki, əcəlin özü-özlüyündə adı qorxuludur. O adam ölür
ki, həyatda heç bir izi
qalmır. Amma daim insana qayğı,
sayğı ilə yaşayanlar heç zaman ölmürlər
Xalq qəzeti.-2007.-23 may.-S.15.