Heydər Əliyev. Xronologiya
(1923-2003)
Prezident Kitabxanasında
Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyası tərtib edilmiş və onun elektron
versiyası hazırlanmışdır
Müasir Azərbaycan
tarixinin 30 ildən artıq bir dövrünü əhatə
edən mərhələ, Vətənimizin ictimai-siyasi,
iqtisadi və mədəni həyatının bütün
sahələrindəki dirçəliş illəri Heydər
Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Bir
qərinəlik bu dövr Azərbaycan tarixinə Heydər
Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bu
illərdə Heydər Əliyevin dəst-xətti ilə
Azərbaycanın quruculuq salnaməsinə ən parlaq
səhifələr yazılmışdır. Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin
sonlarında bərpa edilib zənginləşdirilməsi,
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması, ölkəmizin
dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi,
beynəlxalq nüfuzunun sürətlə artması Heydər
Əliyevin misilsiz fəaliyyəti sayəsində
mümkün olmuşdur. Heydər Əliyev müdrik
rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti
və əzmkarlığı ilə zəmanəmizin
görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan
xalqının ümummilli liderinə çevrilmişdir.
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün öncə onun həyat və fəaliyyətinin bütün sahələrinin araşdırılmasına ehtiyac vardır. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin Prezident Kitabxanası Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyasını tərtib etmiş və onun elektron versiyasını www.preslib.az saytı vasitəsilə istifadəçilərə təqdim etmişdir.
Prezident Kitabxanası yarandığı vaxtdan etibarən ümummilli liderin həyat və fəaliyyətinin bütün sahələrinə dair sənədlərin toplanması və həmin sənədlərin elektron variantının hazırlanması istiqamətində sistemli iş aparır. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ərəfəsində istifadəçilərə təqdim edilən bu xronologiya kitabxananın əməkdaşlarının üzərində işlədikləri "Heydər Əliyevin həyat və fəaliyyətinin salnaməsi" adlanan böyük bir layihənin birinci mərhələsini əhatə edir.
Xronologiyanın hazırlanması zamanı ümummilli liderimizin ötən əsrin 80-ci illərində SSRİ rəhbərliyində təmsil olunduğu və 90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrlərdə həyat və fəaliyyətinin ən önəmli məqamlarına diqqət yetirilmiş, müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) isə onun gündəlik fəaliyyətinin tam xronologiyası öz əksini tapmışdır.
Layihənin ikinci mərhələsi ümummilli liderin Prezidentliyi dövründə
fəaliyyətinin mühüm
sahəsi olan xarici ölkələrə
səfərləri, keçirdiyi
çoxsaylı görüşləri
və qəbulları
zamanı, həmçinin
müxtəlif tədbirlərdə
etdiyi çıxışların, nitqlərin, məruzələrin, bəyanatların,
müsahibələrin tam
mətnlərinin elektron
versiyasının hazırlanmasını
nəzərdə tutur.
Bu istiqamətdə xeyli iş görülmüş,
həmin sənədlərin
elektron mətnlərinin
bir hissəsi artıq kitabxananın saytında yerləşdirilmişdir.
Heydər Əliyev irsinin toplanıb saxlanılmasını, gələcək
nəsillərin ondan istifadəsini təmin etmək məqsədilə
kitabxananın kollektivi
bütün səylərini
səfərbər etmişdir.
Azərbaycan.- 2007.- 9 may.- S. 5.