Milli Dram Teatrı
Trabzondan qayıtdı
Məlum olduğu kimi,
Akademik Milli Dram Teatrı mayın 1-dən 6-dək Trabzonda
keçirilmiş VIII Beynəlxalq Qara dəniz Teatr
Festivalında iştirak edib. Teatr Bəhram Osmanovun
quruluşunda "Kaş araba aşmayaydı..." tamaşasını
nümayiş etdirib. Teatrdan aldığımız məlumata
görə, festivalda rejissor işi və aktyor oyunu
yüksək qiymətləndirilib və teatr festivalın iki
mükafatına layiq görülüb. Trabzon
Bələdiyyə Başqanlığı Akademik Milli Dram
Teatrının ən yaxşı tamaşa üçün
təsis etdiyi mükafatla təltif edib. Qeyd edək ki,
tamaşada əsas rolları Səyavuş Aslan, Bəsti
Cəfərova, Telman Əliyev, Əjdər Həmidov, Anar
Heybətov və başqaları ifa ediblər. Türkiyə
Kültür Bakanlığının
təşkilatçılığı və Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə
təşkil olunan festival qardaş ölkələr
arasında mədəni əlaqələrin inkişafında
mühüm addım kimi qiymətləndirilib.
Ayna.- 2007.- 12 may.- S. 18.