Təranə
Teatr priz alıb
Akademik Milli Dram Teatrı
Trabzonda keçirilən
8-ci Beynəlxalq Qara Dəniz Teatr Festivalından qayıdıb. Teatrın mətbuat
xidmətindən verilən
məlumata görə,
mayın 1-dən 16-dək keçirilən
festivalda kollektiv Bəhram Osmanovun quruluşunda Otia İoselianinin "Kaş araba aşmayaydı!.." tamaşası ilə iştirak edib. Baş rolları respublikanın Xalq artistləri Səyavuş Aslan, Bəsti Cəfərova, Əməkdar artistlər Mətanət Atakişiyeva,
Münəvvər Əliyeva,
Telman Əliyev, Əydər Həmidov, Sevinc Əliyeva, aktyorlardan Abbas Qəhrəmanov, İradə
Həsənova, Məzahir
Cəlilov, Vəfa Rzayeva və Anar Heybətov ifa ediblər. Məlumata görə, tamaşanın
nümayişi rəğbətlə
qarşılanıb və
ümumilikdə tamaşa
festivalın bəzəyi
kimi qiymətləndirilib.
Festivalın təşkilatçıları
- dramaturq Tuncer Cücenoğlu, quruluşçu
reyissor Ensar Qılınc, sənətşünas
Həyati Asilyazıçı
və Trabzon Bələdiyyə Başkanı
Volkan Canalıoğlu
bütövlükdə Azərbaycan
teatrının böyük
uğurunu qeyd ediblər. Festivalda reyissor işi
və aktyor oyunu yüksək qiymətləndirilib və
festivalın iki prizinə layiq görülüb. Bundan əlavə,
Trabzon Bələdiyyə
Başqanının ən
yaxşı tamaşa
üçün təsis
etdiyi priz də Akademik Milli Dram Teatrına təqdim edilib.
Qeyd edək ki, Türkiyə
Kültür Bakanlığının
təşkilatçılığı və Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan bu festival qardaş ölkələr arasındakı
mədəni əlaqələrin
inkişafında mühüm addım kimi dəyərləndirilib.
Kaspi.-2007.-11 may.-S.17.