“Koroğlu” operası 70
ili haqladı
Dünən Üzeyir
Hacıbeyovun Ev Muzeyində "Koroğlu"
operasının ilk nümayişinin 70 illiyi qeyd olunub
Yubiley tədbirində
muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov
operanın yaranma tarixindən danışıb. Mədəniyyət
və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva
isə Üzeyir Hacıbəyovun mədəniyyətimizə
göstərdiyi danılmaz xidmətlərdən söhbət
açaraq, bəstəkarın musiqiyə gətirdiyi yeni
istiqamətdən danışıb. Hər zaman
xalqımızın Üzeyir bəyə borclu
olacağını deyən S.Məmmədəliyeva il ərzində
bəstəkarın adı ilə bağlı silsilə
tədbirlərin keçiriləcəyini də diqqətə
çatdırıb.
Xalq artisti,
bəstəkar Arif Məlikov Üzeyir Hacıbəyova layiqli
qiymət verilmədiyindən gileylənib. Yubileylə
bağlı bircə tədbir ilə kifayətlənmək olmaz
deyen A.Məlikov bir neçə gün Opera və Bəlet
Teatrında "Koroğlu" operasının
nümayişini təklif edib. Azərbaycan xalqının
qoyduğu irs müqabilində bu gün bəstəkara verilən
dəyərdən • razı olmadığını
təəssüf hissi ilə dilə gətirən A.Məlikov
gec də olsa dahi sənətkarın layiqli qiymətini
alacağına ümid etdiyini söyləyib,
Tədbirdə Mədənlyyət
və Turizm Nazirliyi musiqi sektorunun müdiri Fərəh
Əliyeva, bəstəkar Siyavuş Kərimi, tarzən Ramiz
Quliyev və başqaları çıxış
edərək dahi sənətkarın ömür və musiqi
xəzinəmizə yadigar qoyduğu sənət
əsərlərindən danışıblar.
Yeni Azərbaycan.- 2007.- 1 may.- S. 8.