Yusif Vəliyev – 90

 

Məsuliyyət və qətiyyətlə

 

Respublikanın Xalq artisti Yusif Vəliyev haqqında qeydlərimizi apararkən qeyri ixtiyari A.M.Şərifzadə və M.Davudovanın yadigarı Firəngiz  xanım Şərifovanın söhbətini xatırladıq.

Bu iki sənətkar uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmış, müxtəlif tamaşalarda tərəf-müqabili olmuşdular.

Xalq artisti Firəngiz Şərifova Yusif Vəliyevin böyük sənətkar olmaqla yanaşı son dərəcə məsuliyyətli, qətiyyətli, ciddi və mübariz bir adam olduğunu söyləyir, diqqət və qayğıkeşliyini sübut edən neçə-neçə dəlillər gətirirdi...

Yusif Abdulla oğlu Vəliyev 1917-ci il martın 22-də Dərbənddə anadan olmuşdur. Bakı Teatr Texnikumunu bitirmiş və həmin vaxtdan - 1936-cı ildən Şəki Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır. Burada o, Aydın, Oqtay, Elxan (C.Cabbarlı -«Aydın», «Oqtay Eloğlu», «Od gəlini»), Vaqif (S.Vurğun - «Vaqif») və s. obrazlar yaratmışdır.

Y.Vəliyev 1949-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış etmişdir.

Əsas rolları: Lenin (M.Şatrov - «İnqilab naminə»), Gəray bəy (S.Vurğun - «Komsomol poeması»), İmamyar (C.Cabbarlı - «Yaşar»), Ovod (E.Voyniç - «Ovod»), Rüstəm (Firdovsinin «Şahnamə» poeması əsasında - «Söhrab və Rüstəm») və s.

Yusif Vəliyev həm də bir sıra kinofilmlərə («Sən niyə susursan?», «Bir cənub şəhərində», «Nəsimi», «Tütək səsi», «Arxadan vurulan zərbə» və s.) çəkilmişdir.

1980-ci ilin 18 mart günü. Xalqımız özünün ən gözəl bayramına hazırlaşırdı. Böyük sənətkamız Yusif Vəliyev isə həm 4 gün sonra 63 yaşını qeyd edəcəkdi. Ancaq ömür vəfa etmədi. O bayramı qarşılaya bildi, ad gününü. Doğrudur, dostlar, tanışlar, sənətsevərlər yenə yığışdı. Amma bu dəfə Yusif Vəliyevi təbrik etməyə yox, onu son mənzilə yola salmağa...

 

Mədəni-maarif.- 2007.- ¹5.-S.54.