Hökumət Evində ümummilli lider Heydər Əliyevin büstü açılmışdır
Mayın 30-da
Hökumət Evinin foyesində ümummilli lider Heydər
Əliyevin büstünün təntənəli
açılışı olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
mərasimdə çıxış edərək demişdir
ki, bu gün Heydər Əliyevin büstü nazirliklərin
və mühüm hökumət idarələrinin
yerləşdiyi binada açılır. Burada artıq
təmir və abadlıq işləri başa çatır.
Paytaxtımızda aparılan tikinti və quruculuq
işləri Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər buna böyük
əhəmiyyət verir və icrasına şəxsən
özü nəzarət edirdi.
Ə.Qarayev xatırlatmışdır ki, bu gün
ümummilli lider Heydər Əliyevin büstü təkcə
burada deyil, Türkiyənin Bursa şəhərində də
açılır.
Sənaye və energetika naziri Natiq Əliyev, ombudsman Elmira
Süleymanova və digər çıxış
edənlər bu hadisənin əhəmiyyətini
vurğulamışlar. Bildirilmişdir ki, biz
yeniləşən Azərbaycanın tərəqqisinə
görə borclu olduğumuz şəxsin büst və
abidələrini ucaldırıq.
Mərasim iştirakçıları ümummilli lider
Heydər Əliyevin heykəltəraş Ramiz Məmmədov
və memar Nadir Əliyev tərəfindən
yaradılmış büstü önünə güllər
qoymuşlar.
Mərasimdə Baş nazirin müavini Abid Şərifov, Milli
Məclisin deputatları, nazirlər, ictimaiyyətin və
KİV-in nümayəndələri iştirak etmişlər.
Xalq qəzeti.-2007.-31 may.-S.8.