Qasımov T.

 

İrəvan teatrı yeni dövrünü yaşayır

 

İrəvan teatrı çox cəfakeş bir mədəniyyət ocağı olub. Çünki o müqəddəs sənət yolunda çox iztirabdan, cəfalardan keçib. Ancaq sənət yaratmaq eşqi heç vaxt bu teatrın yaradıcı kollektivini ruhdan salmayıb. Qaçqınlıq həyatında o vaxtkı naşı səriştəsiz rəhbərliyimizin diqqətsizliyi ucbatından teatr dağıldı. Sonralar ulu öndərimizin hakimiyyətə gəlişi ilə nəinki İrəvan, Şuşa, Füzuli, Ağdam, eləcə mərkəzdəki teatrlarımız bərpa olunmağa başladı. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bütün teatrlar haqqında verdiyi sərəncamlar, fərmanlar hamının sevincinə səbəb olmuşdur.
İrəvan Azərbaycan teatrına yeni binanın verilməsi, 125 illik yubileyinin keçirilməsi həyatımın ən xoş məqamlarındandır.
1885-ci ildə Firudin bəy Köçərli Qori Seminariyasını qurtarıb İrəvana gələndə gimnaziyadakı tələbələrinin iştirakı ilə M.F.Axundovun "Müsyo Jordan v
ə Dərviş Məstəli Şah" pyesini tamaşaya qoyub. Teatr ilk dəfə 1928-ci ildə Dövlət statusu alıb. Orada Əli Zeynalov, İsmayıl Dağıstanlı, Ətayə Əliyeva, Yunis Nuri kimi aktyorlar çalışıblar. Bunu gözləri götürməyən millətçi ermənilər min cür bəhanələrlə 1949-cu ildə həmin teatrı bağlamağa müvəffəq olublar. Nəhayət, 1967-ci ildə İrəvanda Azərbaycan Dövlət Dram Teatrının yenidən açılması ideyası yaranıb. Bu işdə İrəvanda yaşayan azərbaycanlı ziyalıların böyük rolu olub. Ermənilər öz şərtlərini qoyublar ki, elə isə Bakıda da erməni Dövlət Dram Teatrı açılsın. Azərbaycan KP Mərkəzi Komitəsi şərti qəbul edib birinci İrəvanda, sonra isə Bakıdakı 26-lar mədəniyyət sarayının binasında erməni Dövlət Dram Teatrı açılması planlaşdırılıb. Bakıdan Azərbaycan Dövlət İncəsənət İnstitutunun axırıncı kurs tələbələri, başda kursun rəhbəri rejissor Nəsir Sadıqzadə olmaqla İrəvana ezam olunublar onların diplom işi üçün hazırladıqları C.Cabbarlının "Sevil" tamaşası ilə teatrın açılışını qərara alıblar. Mən o vaxt Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru idim. Bir gün mənə dedilər ki, bir nəfər sizi görmək istəyir. Bu, İrəvanda təzə açılacaq Azərbaycan Dövlət Dram Teatrının direktoru Əziz Süleymanov idi. Biz görüşdük o, məni Balaş rolunu oynamaq üçün teatra işə dəvət etdi. Razılaşdım. Məndən sonra Əziz müəllim Sevil rolunu oynamaq üçün Gəncə Dövlət Dram Teatrından Nisə Rzayevanı dəvət etdi. Beləliklə, 1967-ci il aprel ayının 28- axşam saat 19.00-da İrəvanda Azərbaycan Dövlət Dram Teatrı özünün ikinci həyatına başladı.
İndi cənab İlham Əliyevin bu teatra göstərdiyi diqqət qayğı bizim hər birimizi sevindirir teatrın yaranmasında göstərdiyimiz v
ə çəkdiyimiz zəhmət üçün fəxr edirik.
Biz inanırıq ki, Prezidentimizin göstərdiyi ardıcıl fəaliyyət nəticəsində torpaqlarımız geri qayıdacaq, qaçqın teatrlar da öz yurdlarında, öz tamaşaçılarına xidmət göstərəcək. İndi 125 illik yubileyinə hazırlaşdığımız C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatı 130 illiyini Zəngəzurda qeyd edəcəkdir. Mən buna əminəm.

Azərbaycan.-2007.-19 may.-S.8.