Məhərrəmova
T.
Bizim
kollektiv tamaşanı özgə səhnədə daha
eneryili oynamağı bacarır"
Aydın Dəmirov, aktyor: "Teatr
mənə insanlarla dil tapmağı öyrədib"
Bakı Kamera Teatrı ötən
həftə Moskvadan - Çexov əsərlərinin
festivalından qayıdıb. Festivala yazıçının
"Albalı bağı" əsəri əsasında
hazırlanan eyni adlı tamaşa ilə qatılan kollektivin
çıxışı tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanıb.
Kollektiv festivalın diplomuna layiq görülüb.
Səfərdən yenicə
qayıdan teatrın aktyoru Aydın Dəmirov
təəssüratlarını bizimlə
bölüşür:
- Çexov
əsərlərinin festivalı hər il Moskvanın Melixov
kəndində keçirilən ənənəvi
festivaldır. Hər il olduğu kimi bu festival da çox
gözəl keçdi. Kollektivimiz ötən il
də bu festivalda iştirak eləmişdi. Tamaşanı
Azərbaycan dilində oynamağımıza baxmayaraq,
böyük maraqla qarşılandıq və yenidən bu
festivalda iştirak etmək üçün dəvət
aldıq. Ukrayna, Moskva, Sankt-Peterburq,
- Kamera
Teatrının zəngin festival təcrübəsinin
olması artıq heç kəsə sirr deyil. Bundan
bir az öncə İrana getmişdiniz. Həmin səfəriniz də festival xarakterli idi?
- Düz deyirsiniz, 1991-ci ildən
indiyə qədər müəyyən festivallarda
çıxış etmişik. Bu dəfə
isə İrana festivala getməmişdik, sadəcə,
"Don Rafael tramboçu" tamaşasını
bəyəndikləri üçün bizi dəvət
etmişdilər. Elə bu tamaşa ilə
İranda festivalda çıxış etmişdik. O vaxt
çox yaxşı qarşılandığımızdan
bizi növbəti dəfə dəvət etdilər. 13 gün ərzində Tehranda və
Ərdəbildə həmin tamaşanı oynadıq. İndiyə qədər kollektivlə birlikdə
çox ölkələrdə olmuşam. İnandırım
ki, heç bir yerdə İrandakı kimi izdihamlı
qarşılanmamışdıq. Heç vaxt Azərbaycanda da
belə tamaşaçı reaksiyası görməmişdim.
Hər bir xırda detala reaksiya verirdilər. Sizi
inandırım ki, şoka düşmüşdüm. Bir daha
inandım ki, İran xalqı həddən artıq teatrsevərdir.
Bu
günədək 50-yə yaxın səfərdə
olmuşuq. İndiyə qədər bircə dəfə
də səhvimiz olmayıb. Gürcüstan festivalında
olarkən ermənilər, özbəklər,
qırğızlar, ruslar festivalda tamaşa oynasalar da,
bütün tamaşaçılar ayağa qalxaraq
"Azərbaycan" - deyə qışqırırdılar.
Bu, Azərbaycan teatr sənətinə olan hörmətdir.
Bizim kollektivin elə bir xüsusiyyəti var ki tamaşanı özgə
səhnədə daha eneryili oynamağı bacarır. Bu,
teatrımızın qüvvəsini göstərən
əsas amildir. Bilmirəm, bəlkə tamaşaçı
ilə aramızdakı məsafə az olduğundan onlara daha
yaxın oluruq. Bu səhnədən tamaşaçını
aldatmaq olmaz. Ona görə də tamaşaçı bizim
hisslərimizi, duyğularımızı daha yaxşı
başa düşür. Bu məsafədə nəsə bir
sirr var.
- Deyə bilərsinizmi, bu sirri
özünüz üçün necə açdınız?
- Mənim atam da, babam da aktyor olub. Babam Əliimran Şirvanski Cahangir Zeynalov, Ülvi
Rəcəb kimi görkəmli sənətkarlarla çiyin-çiyinə
çalışıb. Ömrünün
60 ilini teatr səhnəsinə həsr edib. Sonra atam Əlikram babamın sənətini davam
etdirib. Ancaq o, "Azdrama"da 4-5 il
işləyəndən sonra başqa sahədə
çalışıb. Onlardan
müəyyən qədər təcrübə toplasam da,
teatra gələndə əvvəl fikirləşdim ki,
mənə ağır olacaq. Amma
tədricən öyrəşdim. Hərçənd
ki, kollektivin özü də gənc idi. Kollektivin
üzvləri mənə çox kömək etdilər.
Bu gün də nəyi bacarmasam, yenə də
kömək edir, hər-hansı çətinliyim olanda
məni vəziyyətdən çıxarırlar. Onu da deyim ki, bu teatrda çalışmaq öz arzum
olub. Artıq 8 ildir ki, Kamera Teatrında
çalışıram. Müxtəlif
rollar üzərində işlədikdən sonra bu qərara
gəlmişəm ki, mənim yerim buradır, başqa
yerdə işləyə bilmərəm.
-
Maraqlıdır, niyə məhz bu teatrı seçdiniz?
- Çünki hər bir teatrın
öz xarakteri, özünəməxsus ab-havası var. Kamera
Teatrı mənə yaxın olan bir teatrdır. Burada kollektiv bir ailə kimidir, ruh yüksəkliyi
var. Həmçinin reyissor Cənnət Səlimovanın
işi mənim xoşuma gəlir. Burada
hazırlanan kompakt tamaşalar mənə çox uyğun
idi. Cənnət xanımın fikirləri
də fikirlərimlə üst-üstə
düşürdü. O, sanki mənim fikirlərimi
oxuyurdu. Kamera Teatrına gəlməyim uğurlu
oldu. İlk dəfə mənə
Mirzə Fətəli Axundovun "Lənkəran
xanının vəziri" tamaşasında
ərizəçilərdən biri, daha sonra "Don Rafael
tramboçu"da Luici rolu tapşırıldı. Bir ildən sonra isə Şekspirin "Otello"
tamaşasında
-
"Şah Edip" tamaşasında sizə
tapşırılan roldan necə, razı
qaldınızmı?
- Mənə elə gəlir ki, aktyor
heç vaxt oynadığı rola "böyük və ya
kiçik obraz" deməməlidir. Hər
tamaşada olduğu kimi "Şah Edip"in premyerasında
da həddən artıq həyəcan keçirirdim. Düzdür, balaca rol olsa da, həyəcanı
böyük idi. Xoşbəxtəm ki,
heç olmasa hər tamaşada bir dəfə
səhnəyə çıxıram. Bəzən
paxıllıq edirəm ki, qoyulan tamaşada sözsüz
də olsa mənə bir rol verilmir. Bütün
bunlar sənətə olan sevgimdən irəli gəlir. Ancaq yenə deyirəm, səhnə
həyəcanı həmişə var. Pərdə
arxasından səhnəyə addım atana qədər bu
həyəcan davam edir. Səhnəyə çıxanda
hamı məsuliyyəti hiss etməlidir. Çünki
biz Azərbaycan teatr sənətini yaşadır və
gələcək nəsillərə ötürürük.
Oynadığın obrazın
kiçikliyindən və ya böyüklüyündən
asılı olmayaraq, səhnədə elə ifa
göstərməlisən ki, tamaşaçı Azərbaycan
mədəniyyətini, tarixini öyrənə bilsin. Özünüz bilirsiniz ki, gənc nəsil indi
hansı vəziyyətdədir. Biz
səhnədən tamaşa zalına mədəniyyət
aşılayırıq. Bu,
gənclərə çox vacibdir.
- Siz öz
sənətinizi çox sevirsiniz. Bəs
sənətin gənclərə verdiyi qiymətdən
necə, razısınızmı?
- Atam bu sənətə
gəlməyimi məsləhət görmürdü. Həmişə deyirdi ki, biz bu sənətin
içində olmuşuq, qiymət görməmişik,
sənə nə qiymət verəcəklər? Mənsə inadımdan dönmədim,
səhnəyə bağlandım. Hiss elədim ki,
səhnəsiz aktyor susuz balıq kimidir. Bəzən
olub ki, hamı evə gedib, mən tək qalaraq zalda oturub
"niyə qalmışam?" - deyə
fikirləşmişəm. Burada nəsə bir
sirr, dərinlik var. Hətta xəstə olduğumuz
dəqiqələrdə, 40 dərəcə temperaturumuz olanda
da səhnəyə çıxırıq. Bəzən olur ki, pərdə arxasında
bütün mətn adamın yadından çıxır,
amma səhnəyə çıxan kimi hər şey
yerinə qayıdır. Özünüz bilirsiniz ki, bu
sənətdə maaş həddən
artıq azdır. Hərdən evdə də
çıxıb getmək haqqında fikirləşirəm.
Ürəyimdə deyirəm ki,
müəyyən vaxtdan sonra qayıdaram. Ancaq
səhəri gün fikrimdən daşınır, yenə
də teatra tələsirəm. Bu,
nəsə bir sirdir.
- Uğurlu bir
tamaşadan sonra da yəqin fikirləşirsiniz ki,
yaxşı ki, çıxıb getməmisiniz?
-
Fikirləşirəm ki, nə yaxşı ki, bu
sənətdəyəm. Nə yaxşı ki, başqa ixtisas
seçməmişəm. Nə yaxşı ki, teatr aktyoruyam,
istədiyim insanların içərisindəyəm. Teatr
elə qüvvədir ki, insanı özünə
çəkir. Müxtəlif sevgilər var. Həmçinin
teatr sevgisi də var. Bax, bizi bu sənətə bağlayan
həmin sevgidir. Bəlkə də istədiyin qadından
ayrılmaq olar, müəyyən müddətə valideynindən
də uzaq düşə bilərsən, ancaq teatrdan
ayrılanda dəli kimi olursan. Bir gün bu teatra
gəlməyəndə, bu sütunları,
pərdələri, divarları görməyəndə
elə bil nəsə qiymətli bir şey itirirsən.
Nəsibə Zeynalovanın teatrdan ayrılanda
pərdələri necə öpdüyünü gözümlə
görmüşəm. O bilirdi ki, bir daha teatra qayıtmayacaq.
Heç şübhəsiz, bu böyük sevgidir.
Düzdür, mən hələ öz sözümü
deməmişəm.
- Atanız sizi aktyor kimi
görəndən sonra fikri necə oldu?
- Sözün
düzü, atam inanmırdı ki, mən aktyor ola
bilərəm. Deyirdi ki, elə bilmə, atan-baban aktyor olub,
sən də ola bilərsən, çətin sənətdir,
sənə ağır olar. O mənim riyaziyyatçı
olmağımı istəyirdi. Atam yalnız ilyarımdan sonra
mənim aktyor kimi səhnəyə
çıxdığımdan xəbər tutdu. Hər
dəfə teatra getməyimi ondan gizlədirdim. Ancaq
"Otello" tamaşasında Montana rolunu
oynadığımı biləndə və anamla birlikdə
həmin tamaşaya gəlib baxanda ağlayırdı. Ona
görə yox ki, mən aktyor olmuşam və
səhnədə rol oynamışam. Ona görə
ağlayırdı ki, mən də bu bataqlığın
içinə düşmüşəm. Sonradan anama: "Yalan deyirdim, ondan
aktyor olardı, sadəcə, mən istəmirdim" - deyib.
Əgər insanın bir şeyə həvəsi varsa, bu
sevgini ondan heç kim ala bilməz.
- Deyə
bilərsinizmi, teatr sənət təcrübəsindən
başqa sizə nə öyrədib?
- Teatr mənə insanlarla dil
tapmağı, böyüməyi öyrədib. Onu bilirəm ki, mənən
böyümüşəm. İntuitiv
səviyyəm artıb. Bu, çox
böyük qazancdır.
Kaspi.-2007.-30 may.-S.16.