Böyukağa mmədov

 

Azərbaycan rəqsinin inkişafı təbliğində böyük rolu var. Xüsusilə «Naz eləmə», «Qaytağı» rəqslərini yüksək şəkildə ifa etmişdir.

Söhbət Azərbaycanın tanınmış rəqqas baletmeysteri Böyükağa Məmmədovdan gedir.

Böyükağa Mircəfər oğlu Məmmədov 1927-ci il yanvarın 23- Bakıda anadan olmuşdur.

1955-ci ildə Bakı Xoreoqrafıya məktəbini bitirmişdir. 1946-1966- illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı Rəqs Ansamblının solisti olmuşdur.

1965-ci ildə Respublikanın xalq artisti adına layiq görülmüşdür.

1966-cı ildən Texniki və Bədii Yaradıcılıq Evi, Y.Qaqarin adına Pionerlər Sarayı rəqs kollektivlərinin bədii rəhbəri olmuşdur.

1971-ci ildən Bakı Xoreoqrafiya məktəbində dərs demişdir.

Tələbə və gənclərin Berlin (1951-qızıl medal), Varşava (1953) və Moskvada (1957) keçirilən Ümumdünya festivallarının laureatıdır.

Azərbaycan rəqsini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan digər ölkələrdə təmsil etmişdir.

 

Mədəni-maarif.- 2007.- ¹5.-S.18.