Xalq rəssamı ulu öndərin həyat və fəaliyyətindən söhbət açmışdır

 

Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov mayın 11- "Xəbərlər" Beynəlxalq mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin az məlum olan səhifələrindən danışmışdır.
Ö.Eldarov demişdir ki, Heydər Əliyevin mədəniyyətə ümumiyyətlə, sənətə, bu sahədə çalışan insanlara xüsusi münasibəti vardı. Axı, o, hələ gənclik illərində özünü memarlığa həsr etmək istəyirdi. O uzaq illərdə Heydər Əliyevin rəsm müəllimi olan Şamil Qazıyev onun qeyri-adi bacarığından tez-tez söhbət açardı. Ona görə Heydər Əliyev məktəbi bitirib Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuşdu. Lakin taleyin hökmü ilə o, institutda təhsilini dayandırdı bu, onun gələcək üçün planlarını dəyişdirdi.
Xalq rəssamı vurğulamışdır ki, Heydər Əliyev mədəniyyət incəsənətin inkişafına təkan verən insanları həmişə dəstəkləyirdi. Bu dahi şəxsiyyət belə insanlara onların çətin əməyinə yüksək ehtiramla yanaşırdı. Heydər Əliyev rəssamların qurultay plenumlarında fəal iştirak edirdi.
Ö.Eldarov demişdir ki, bu böyük şəxsiyyətlə ilk görüşü o, ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə olmuşdu. Mövcud qaydalara görə, ikiqat qəhrəmanın vətənində onun büstü qoyulmalı idi. Onda bu işin yerinə yetirilməsi Ö.Eldarova həvalə edilmişdi.
Ümummilli liderin böyük çox zəngin, mənalı həyatından danışaraq bildirmişdir ki, onun kədərli günlərinin şahidi olmuşdur. Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın abidəsini hazırlamağı da ona tapşırmışdı.
Görkəmli rəssam vurğulamışdır ki, Heydər Əliyevlə bağlı xatirələrin sonu yoxdur, onun həyatının hər bir səhifəsi ayrıca söhbət mövzusudur
.

Azərbaycan.-2007.-12 may.-S.4.