Lalə
Çağdaş kitabxana
quruculuğunun banisi
Milli Kitabxanada “Heydər Əliyev
çağdaş kitabxana quruculuğunun banisidir” adlı
dəyirmi masa keçirildi
Mayın 7-də
M.F.Axundov adına Milli Kitabxanada "Heydər Əliyev
çağdaş kitabxana quruculuğunun banisidir" mövzusunda
dəyirmi masa keçirildi.
Tədbirdə Mədəniyyət
və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli
Məclisin İqtisadiyyat komissiyasının sədri, akademik
Ziyad Səmədzadə, Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi Kitabxanasının direktoru
Mayıl Əhmədov, BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin kafedra müdiri, professor Abuzər
Xələfov, respublikanın aparıcı
kitabxanalarının rəhbərləri iştirak edirdi.
Giriş sözünü
nazirin müavini Sevda Məmmədəliyeva açaraq bildirdi
ki, ulu öndərin doğum gününə təsadüf edən
10 may tarixi bütün azərbaycanlılar üçün
müqəddəs günə çevrilib. Çünki o,
müstəqil Azərbaycan respublikamızın
tərəqqisi naminə böyük işlər
görüb. Xalqın tarixində xilaskar missiyasını
yerinə yetirən Heydər Əliyevin müasir tariximizin
ən möhtəşəm simalarından olduğunu dedi.
Sonra iştirakçılara
Heydər Əliyevin 1995-1997-ci illərdə M.F.Axundov adına
Milli Kitabxanada olarkən çəkilən video-lentdən
qısa nümayiş təqdim olundu.
Nümayişin
ardınca kiçik istedad Nigar Qəhrəmanovanın
təqdimatında "Bakı-Tbilisi- Ceyhan" mahnısı
ifa olundu.
Sonra Milli Kitabxananın
direktoru Kərim Tahirov mərkəzləşmiş bitkin
kitabxanaların bugünkü səviyyəyə
çatmasında Heydər Əliyevin mühüm rolundan
danışdı.
2000-ci ildə Heydər
Əliyevin kitabxanaların maddi-texniki bazasının
yaxşılaşdırılması barədə
imzaladığı fərmandan sonra "susuz dəyirmana
çevrilən" kitabxanalar dirçəldi.
Heydər Əliyev
indiyədək kitabxananı dörd dəfə ziyarət
edib,
Sonra akademik Ziyad
Səmədzadə "Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurucusudur" mövzusunda
ətraflı çıxış etdi.
Dəyirmi masa Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi
Kitabxanasının direktoru Mayıl Əhmədov
rəhbərlik etdiyi kitabxananın qurucusu olan ulu
öndərin kitabxanalara göstərdiyi diqqət və
qayğıdan söz açdı.
Kino+.- 2007.- 11 may.- S. 4.