Milli parkda Heydər Əliyevin doğum günü şərəfinə Gül bayramı keçirilmişdir

 

Ümummilli liderimiz Heydər Əliyevin doğum günü şərəfinə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da Milli parkda ənənəvi Gül bayramı keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev adına
Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin xilaskarı qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi önünə əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
Sonra Milli parkda - Paraşüt qülləsinin önündə Gül bayramının rəsmi açılışı olmuşdur.
Bayramda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, tanınmış ziyalılar, şəhərimizin sakinləri iştirak etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iftixar inamla bildirmişdir ki, qədirbilən xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaq. İnsanların Heydər Əliyevə olan sonsuz məhəbbətini müxtəlif formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran natiq qeyd etmişdir ki, Gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz nümunəsidir.
Baharın bu gözəl çağında Bakının hər bir rayonu parkda ayrıca təmsil olunmuşdu. İlk qarşılaşdığımız Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova bildirmişdir ki, bağça uşaqlarının, məktəblilərin, müəssisə şirkətlərin nümayəndələrinin, şəhərimizin sakinlərinin müxtəlif çiçək otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü ifadəliyi ilə seçilir, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Milli parkda dünyanın müxtəlif yerlərindən gətirilmiş, respublikamızın təbiətində təsadüf edilməyən güllər az deyildi.
Təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt kağız üzərində gözəl lövhələr yaratmışdılar.
Ümummilli liderimiz Heydər Əliyevin Zərifə xanım Əliyevanın portretlərinə güllərdəın toxunmuş xalçanın qarşısında xeyli tamaşaçı toplaşmışdı. X
ətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli bildirmişdir ki, xalçanın müəllifi memar Camal Rəşidəlizadədir.
Qaradağ rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərin əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini Zemfira Şıxəliyeva qeyd etmişdir ki, dahi rəhbərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq xalqımız ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan Şuşada keçirəcəkdir.
Gül bayramı uşaq bədii-özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramları ilə davam etmişdir.

Azərbaycan.- 2007.- 11 may.- S. 4.