Yaşıl teatrın ulu öndər Heydər Əliyevin doğum günündə açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir


Mayın 10-da, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə Bakıda Yaşıl teatrın əsaslı təmir yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını xanımı Mehriban Əliyevanı teatra toplaşan paytaxt sakinləri, dövlət hökumət nümayəndələri hərarətlə qarşıladılar.
Xatırladaq ki, ötən əsrin 60- illərində istifadəyə verilmiş Yaşıl teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi, paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. Burada dünyanın keçmiş SSRİ-nin ən məşhur incəsənət ustaları da çıxış etmişlər. Lakin sonradan baxımsızlıq üzündən teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990- ildən isə büsbütün bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun əsaslı şəkildə yenidən qurulması barədə göstəriş vermişdi. Dövlətimizin başçısı burada işlərin gedişi ilə şəxsən maraqlanırdı. Bu diqqət qayğı, habelə inşaatçıların səyləri sayəsində Yaşıl teatr simasını tamamilə dəyişmişdir. Açılış mərasiminə toplaşanlar bunu minnətdarlıqla vurğulayırdılar.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

 

Azərbaycan.-2007.-11 may.-S.2.