Anri Luaret İçərişəhər qədim mədəniyyətə
malik bir xalqın canlı tarixidir
Fransanın
Luvr muzeyinin direktoru Anri Luaret mayın 29-da Azərbaycan Dövlət İncəsənət Muzeyi
ilə tanışlıqdan
və İçərişəhərdə
gəzintidən sonra bu sözləri AzərTAc-ın müxbirinə demişdir.
Muzeyin eksponatlarına, əl işlərinə əsl peşəkar rəssam marağı ilə tamaşa edən Anri Luaret burada
milli koloritli rəsmlərlə birlikdə
bir çox Avropa rəssamlarının
da əl işlərinin böyük
diqqət və qayğı ilə qorunub saxlanmasından, nümayiş etdirilməsindən
məmnun qaldığını
bildirdi.
Qonaq İçərişəhərdə gördüyü hər şeylə maraqlanır, xalçaçılıq, xalq
tətbiqi sənəti
nümunələri, tarixi
binaların memarlıq
elementləri barədə
suallar verir, ətraflı məlumat almağa çalışırdı.
O, əsrlərin yadigarı
olan Qız qalasının möhtəşəm
arxitekturası, bu nadir abidənin tarixi ilə maraqlandı.
Karvansarada qədim musiqi alətləri ansamblının çıxışını
maraqla dinləyən qonaq Şirvanşahlar sarayına, tarix muzeyinə də xüsusi diqqət göstərdi. Etnoqrafiya, xalq sənəti
və memarlığa
dair dərin biliyə malik olduğu dərhal hiss edilən A.Luaret Azərbaycan haqqında oxuduqlarının,
eşitdiklərinin səfər
çərçivəsində əyani şahidi olduğunu, xalqımızın
dini tolerantlığını,
ölkəmizin Şərq-Qərb sivilizasiyasının
qovuşduğu çox
nadir bir məkanda yerləşdiyini
xüsusi vurğuladı.
Hörmətli qonaq muzey əməkdaşları ilə söhbətlərində
Bakını, İçərişəhəri,
xalqımızı həmişə
məhəbbətlə xatırlayacağını
bildirdi, bu abidə və muzeylərlə tanışlıqdan
son dərəcə məmnunluğunu qeyd edərək İçərişəhərin
qədim mədəniyyətə
malik bir xalqın canlı tarixi olduğunu vurğuladı.
Luvr muzeyinin direktoru Anri Luaretə xatirə hədiyyələri təqdim
edildi.
Azərbaycan.-2007.-30 may.-S.4.