Belarusda Azərbaycan mədəniyyəti günləri

 

AzərTAc Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 22-dən 24-dək Belarus Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir.
Mədəniyyət günlərinin proqramına klassik müsiqimizlə yanaşı, xalq mahnıları, rəqslər estrada janrından nümunələr daxil edilmişdir.
Ölkəmizin mədəniyyət incəsənət ustalarından ibarət 80 nəfərlik nümayəndə heyəti artıq Belarusdadır.
Azərbaycan Mədəniyyəti Günlərində həmin ölkənin Minsk Bobrusk şəhərlərində incəsənət ustalarımız öz istedadlarını nümayiş etdirəcəklər.
Mədəniyyət günləri çərçivəsində belarus xalqına Azərbaycanın klassik, müasir gənc nəslinə mənsub təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi təqdim olunacaqdır.
Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək, tədbirin əhəmiyyətindən, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsinin vacibliyindən danışacaqdır.

 

Xalq qəzeti.- 2007.- 22 may.- S. 6.