BMT-nin Cenevrədəki
bölməsinin iqamətgahında
"Azərbaycan otağı"nın açılışı
BMT-nin Cenevrədəki
bölməsinin Baş
direktoru Sergey Orconikidzenin çıxışı
- Hörmətli xanım Əliyeva!
Xanımlar və cənablar!
Millətlər Sarayında
"Azərbaycan otağı"nın açılış
mərasimində sizi salamlamaqdan məmnunluq duyuram.
Biz bu konfrans
otağının təmiri,
dizaynı və təchizinə görə
Azərbaycan hökumətinə
və xalqına təşəkkürümüzü bildiririk. Bu otaq BMT-nin fəaliyyətinə
əməli töhfədən
xəbər verir və Azərbaycanın bu təşkilata tam sadiqliyini aydın şəkildə
nümayiş etdirir.
Bildiyiniz kimi, bizim əsas binamız 1936-cı ildən etibarən istifadədədir və üzv dövlətlərin
tələbatlarını yerinə
yetirmək məqsədi
ilə burada təmir-bərpa işləri davam etdirilir.
Beləliklə, bu hədiyyə Millətlər
Sarayından istifadə
edən bütün şəxslər üçün
təhlükəsiz iş
yerlərinin və adekvat şəraitin davamlı şəkildə
təmin edilməsinə
verilən çox qiymətli töhfədir.
Xanım Əliyeva, Sizin burada olmağınız
bizim üçün
böyük şərəfdir
və biz Sizə şəxsən öz səmimi minnətdarlığımızı bildiririk.
Bu otağın açılması Azərbaycanın
zəngin irsinin bariz nümunəsidir. Siz ölkənizin mədəniyyətini bütün
dünyada təşviq
etmək üçün
böyük işlər
görmüsünüz.
Siz, eyni zamanda, dünyadakı müxtəlif mədəniyyətlər
arasında qarşılıqlı
anlaşmanın və
onlara dözümlülük
əsasında yanaşmanın
böyük tərəfdarısınız.
Bu baxımdan, Sizin YUNESKO-nun xoşməramlı səfiri
kimi rolunuzu da xüsusilə qeyd etmək lazımdır.
Bütün bunlar fəaliyyətinizin nəticəsidir
və öz mədəniyyətinizə hörmətlə
yanaşmağınız digər
adət-ənənələrə
də hörmət və ehtiramın möhkəm əsası ola bilər.
Gördüyünüz kimi,
bu otaq nəinki
yaxşı dizayna malikdir, həm də lazımi qaydada təchiz olunubdur. Bilirəm ki, öz ölçüsünə,
yerinə və məqsədəuyğunluğuna görə bu otağa tələbat çox olacaqdır. Otaq artıq üzv dövlətlərin üzünə
açıqdır.
Əslində, Dünya
Səhiyyə Assambleyasının
sessiyası ilə bağlı bir çox görüşlər
burada keçirilmiş
və Azərbaycanın
səhiyyə sahəsində
göstərdiyi səylər
lazımınca qiymətləndirilmişdir.
Bu cür xeyirxah hədiyyəyə və BMT-nin xüsusi orqanlarının işinə
sədaqətlə yanaşdığına
görə Azərbaycan
hökumətinə və
xalqına bir daha minnətdarlığımı
bildirirəm.
Əminəm ki, bu otaqda aparılan
iş təşkilatın
gündəlik fəaliyyətinə
böyük töhfə verəcəkdir.
Ümid edirəm ki, Azərbaycanın nümunəsi digər üzv dövlətləri,
burada iştirak edən səfirləri BMT-nin işini lazımi dərəcədə
dəstəkləmək üçün
eyni addımları atmağa sövq edəcəkdir. Çox sağ olun.
Sonra Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Azərbaycan.-2007.-22
may.-S.2.