Dünyanın ən zərif xalçalarının Azərbaycanda toxunduğuna əminəm

 

Türkiyə Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu mayın 12- "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" Azərbaycan xalçaları qalereyasında olmuşdur.
Müəssisənin baş direktoru Vidadi Muradov məlumat verdi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996- ildən fəaliyyətə başlamış hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüşdür. Müəssisədə yun ipək saplardan toxunan, incəliyi, ilmələrin yüksək sıxlığı, çeşnilərin originallığı ilə seçilən xalçalar ən yüksək tələblərə cavab verir.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri onu müşayiət edən şəxslər qalereyanın zəngin eksponatlarına baxdılar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Xanım Tuğcu qalereyanın xatirə kitabına yazdığı ürək sözlərində Azərbaycan xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, dünyanın ən nadir, zərif xalçalarının Azərbaycanda toxunduğuna əminliyini ifadə etdi.
Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edildi.

 

Azərbaycan.- 2007.- 13 may.- S. 2.