Heydər Əliyev
Fondu ilə tanışlıq
Luvr Muzeyinin direktoru Anri Luaret
mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur
.
Fondun əməkdaşı
hörmətli qonağa
Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri,
fəaliyyəti barədə
məlumat verdi.
Bildirildi
ki, fondun əsas məqsədləri
görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın
sosial-iqtisadi, mədəni
tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti
barədə gələcək
nəsillərdə, xarici
qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və
tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək
göstərməkdən ibarətdir.
Son iki ildə
respublikanın bütün
regionlarında, ən
ucqar kəndlərdə
fondun təşəbbüsü
ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş,
bütün lazımi
avadanlıqla təmin
edilmişdir. Fond həm də səhiyyə sahəsində,
elmin, mədəniyyətin
inkişafına, informasiya
texnologiyalarının tətbiqinə
dair bir neçə layihə həyata keçirmişdir.
Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edən fond tərəfindən Rusiyada
nəşr olunmuş
5 min müxtəlif adda dərslik, elmi, bədii ədəbiyyat alınıb
respublikamızın ali
məktəblərinə paylanmışdır.
1674-cü ildə Parisdəki
Versal sarayında yaradılmış və
Dünya Mədəni
İrs siyahısına
salınmış açıq
səma altındakı
iki nadir heykəlin fond tərəfindən bərpası
barədə verilən
məlumat qonağı
razı saldı.
Luvr muzeyinin direktoru Anri Luaret və onu müşayiət edən qonaqlar sonra fondun muzeyinə
baxdılar. Ulu öndərin şəxsi
arxivindən götürülmüş
və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının
ən müxtəlif məqamlarını əks
etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə
diqqətlə tamaşa
edən fransalı qonaq görkəmli siyasi xadim Heydər
Əliyevin orta və ali məktəblərdə
yalnız "əla"
qiymətlərlə oxumasına
diqqət yetirdi. Onun Moskvada keçmiş
SSRİ hökumətinin rəhbərlərindən
biri kimi, eləcə də müstəqil dövlət
quruculuğuna başlayan
gənc Azərbaycan dövlətinin lideri kimi genişmiqyaslı fəaliyyətini yüksək
dəyərləndirdi. Fransa-Azərbaycan dostluğunun təməlinin də məhz onun ölkəmizə rəhbərlik
etdiyi dövrlərdə
qoyulduğunu vurğuladı,
müdrik dövlət
xadimi Heydər Əliyevin xatirəsinə
Fransada hər zaman böyük ehtiram bəsləndiyini söylədi.
Luvr muzeyinin direktoru Anri Luaret fondun xatirə
kitabına ürək
sözlərini yazdı,
görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan fondla tanışlığın, bu
qurumun çoxşaxəli
fəaliyyətinin onda
zəngin təəssürat
doğurduğunu dedi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın adından qonağa fondun layihəsi əsasında hazırlanmış
"Qarabağ xanəndələri"
musiqi albomu hədiyyə edildi.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qonaqla birlikdə olmuşdur.
Azərbaycan.- 2007.- 30 may.- S. 4.