Quliyeva Z.
Əfqan xalqının həyatını əks
etdirən sərgi keçirildi
Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin əsas binasında əfqan xalqının həyatını
əks etdirən bir-birindən maraqlı, zəngin foto-sərgi keçirilib. Həmyerlimiz
Hacıəmi Atakişiyevin
və onun əfqan həmkarı Fərid Niyazi, iranlı məşhur fotoqraf Əli Eşqinin bu sənət ocağına
ərməğan etdikləri
fotolar, sözün əsl mənasında, onların sənət uğurları idi.
Universitetin prorektoru Rafiq
Sadıqov Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində belə
tədbirlərin keçirilməsini
respublikamızda aparılan
məqsədyönlü siyasətin
davamı kimi səciyyələndirdi. İstər
əfqanıstanlı fotoqraf
Fərid Niyazinin, istər iranlı Əli Eşqinin, istərsə də həmyerlimiz Hacıəmi Atakişiyevin
foto-sərgilərini bir motivin birləşdirdiyini,
2004-cü ildən bəri
nisbətən dinc həyata qovuşan, uğurlu parlament seçkiləri keçirməyə
nail olmuş əfqan vətəndaşlarının
gələcəyə olan
inamlarını əks
etdirdiyini söylədi.
Tədbirin digər əcnəbi iştirakçıları
da hər bir fotonu ayrı-ayrılıqda şərh
edərək fikir və mülahizələrini
bölüşdülər. Bu mənada serbiyalı Tomislav Petemi, kanadalı Daniel, rusiyalı İqor Muxin, fransalı qonaq Yeva Marqaretinin
fikirləri daha yaddaqalan idi. Üç müxtəlif
üslublu sənətkarın
fotosu içərisindən
seçilmiş 20 ədəd
əsər sərginin
"Azadlığa aparan
yollar" devizinə cavab verməklə universitetin tələbələrində,
xüsusən fotoqraf ixtisasına yaxın sənətlər
üzrə təhsil alan gələcəyin rejissoru, operatoru, rəssamı olacaq gənclərdə böyük
maraq doğurdu.
Azərbaycan.- 2007.- 25 may.- S. 8.