Miniatür kitab muzeyi ilə tanışlıq

 

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcunun Bakıya səfəri


Türkiyə Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu mayın 12- İçərişəhərdəki Miniatür kitab muzeyində olmuşdur.
Burada toplanmış nadir nüsxələr barədə qonağa ətraflı məlumat verən muzeyin əməkdaşı bildirmişdir ki, 2002-ci ildə açılmış muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 6 mindən çox kitab saxlanılır. Kitablar mövzu etibarilə olduqca müxtəlifdir. Bədii siyasi ədəbiyyatla yanaşı, Quranın, Bibliyanın nüsxələri, Azərbaycan xarici ölkə yazıçılarının yubiley nəşrləri xüsusi yer tutur. Muzeyin yaradıcısı rəhbəri, respublika "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahovanın şəxsi təşəbbüsü ilə Azərbaycan dilində 30 miniatür kitab nəşr edilmişdir. Onlar xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, tanınmış mədəniyyət, incəsənət xadimlərinin əsərləridir.
Hörmətli qonağa xatirə olaraq miniatür kitablar hədiyyə edildi.
Xanım Tuğcu muzeylə tanışlıqdan sonra xatirə kitabına yazdığı ürək sözlərində belə nadir eksponatlarla tanışlıqdan məmnun qaldığını ifadə etdi Türkiyəyə qayıdan kimi ölkəsində nəşr olunmuş miniatür kitablardan toplayıb bu muzeyə göndərəcəyini vəd etdi.

 

Azərbaycan.- 2007.- 13 may.- S. 2.