Minskdə MDB-yə
üzv ölkələrin Mədəni
Əməkdaşlıq Şurasının XXII iclası
öz işinə başlamışdır
Mayın 21-də Minsk
şəhərində MDB-yə üzv ölkələrin
Mədəni Əməkdaşlıq Şurasının XXII
iclası öz işinə başlamışdır.
Şuranın sədri, Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə keçirilən iclasda bir sıra
məsələlər, o
cümlədən dövlətlərarası
mədəni münasibətlərin
vəziyyəti və
təşkilata daxil olan ölkələr
arasında mədəni
əməkdaşlığın fəaliyyət mexanizmlərinin
müasirləşdirilməsi məsələləri müzakirə
ediləcəkdir.
Rusiya Federasiyasının Mədəniyyət
və Kinematoqrafiya Agentliyinin saytında verilən məlumata əsasən, mədəniyyət
və turizm sahəsində yüksək
səviyyədə mütəxəssislərin
hazırlanması və
mübadilələrin aparılması
üçün MDB-yə
üzv ölkələrin
informasiya bölməsinin
yaradılması, iştirakçı dövlətlərin
Humanitar əməkdaşlıq
haqqında sazişin həyata keçirilməsi
də gündəlikdə
duran məsələlərdəndir.
Azərbaycan tərəfinin
şuranın növbəti
iclasında müzakirə
olunmaq üçün
bir sıra təkliflərlə çıxış
edəcəyi nəzərdə
tutulur.
Xalq qəzeti.-2007.-22 may.-S.4.