Mükərrəmoğlu M.

 

Belarusda Azərbaycan mədəniyyəti günləri

 

Belarus Respublikası ilə ölkəmiz arasında əməkdaşlıq ildən-ilə genişlənməkdədir. May ayının 22-dən bu ölkədə başlanan Azərbaycan mədəniyyəti günləri bu əməkdaşlığın bir növ davamıdır. Belarusun Minsk Bobrusk şəhərlərində keçirilən bu tədbirdə 80 nəfərlik Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin rəhbəri mədəniyyət turizm naziri Əbülfəs Qarayevdir.
Qeyd edək ki, böyük konsert proqramının nümayiş etdiriləcəyi bu tədbirdə musiqimizin ən gözəl nümunələri təmsil olunacaq. Burada Azərbaycanın əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin rəhbəri olduğu Dövlət xalq çalğı alətləri orkestri, Azərbaycan Dövlət rəqs ansamblı s. kollektivlərin çıxışları nəzərdə tutulur.
Tədbirdə xalq mahnılarımız, muğamlarımızdan parçalar, bəstəkar mahnıları ifa olunacaq. Teyyub Aslanovun ifa etdiyiŞuşanın dağları”, Aygün BayramovanınHeyratı”, Gülnaz İsmayılovanınGülçöhrənin ariyası”, Azər ZeynalovunGəncədən gəlirəm”, Faiq AğayevinGəl gözəlim s. mahnılar, söz yox ki, Belarus tamaşaçılarının ürəyincə olacaq.
Minsk şəhərində, həmçinin 40-a yaxın klassik, müasir gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcək.
Dünənki açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında münasibətlərdən söhbət açmışdır. O bildirmişdir ki, bu cür yaxın əməkdaşlıq ölkə prezidentlərinin həyata keçirdiyi siyasətə uyğundur. Biz bu əlaqələrin daha da genişlənməsi üçün bütün imkanlardan istifadə etməyə çalışacağıq.
Tədbir mayın 24-də başa çatacaq. Məlumat üçün bildirək ki, mayın 26-dan 28-dək Moldovada Azərbaycan mədəniyyəti günləri davam etdiriləcək. Həmin tədbirdə Azərbaycan nümayəndə heyətinə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edəcək.

                       

 

Xalq qəzeti.- 2007.- 23 may.- S.5.