Samirə

Azərbaycan azərbaycanlılar Almaniyada

 

Almaniyada fəaliyyət göstərən "Frankfurt azərbaycanlıları" cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Almaniyadakı səfirliyinin yardımı ilə Köniqştayn şəhərində Azərbaycan mədəniyyətinin tanıtım gecəsi keçirilib. Gecənin əsas məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin musiqisinin dünya sivilizasiyasında oynadığı rolu buraxdığı silinməz izləri alman ictimaiyyətinə tanıtmaq idi. Tədbirdə əksəriyyəti almanlardan digər xarici ölkələrin vətəndaşlarından ibarət 200-dək qonaq iştirak edib. Tədbir onlarda Azərbaycan onun mədəniyyətinə böyük maraq oyadıb. Mərasimdə Köniqştayn şəhərinin İcra Hakimiyyətinin başçısı Leonard Helm, Azərbaycanın Almaniyadakı səfirliyinin rəsmisi Rizvan Nəbiyev, Türkiyənin Frankfurt şəhərindəki konsulluğunun konsul müavini Güclü Kalafat, Maynz "Azərbaycanlılar dərnəyi"nin rəhbəri Başar Kömür, Almaniya - Azərbaycan Dərnəkləri Federasyonunun rəhbəri Nüsrət Delbastəh iştirak ediblər.
   "Frankfurt azərbaycanlıları" cəmiyyətinin sədri Kəmalə İsgəndərova Azərbaycan alman xalqlarının dostluğu mədəni əlaqələri haqqında məlumat verib. Köniqştayn şəhər İcra Hakimiyyətinin başçısı Leonard Helm Almaniya - Azərbaycan mədəni əlaqələrinin genişlənməsi yönündə aparacağına hazır olduğunu bildirib. Səfirliyin əməkdaşı Rizvan Nəbiyev Azərbaycanın iqtisadi vəziyyəti onun gələcək inkişaf perspektivləri haqqında danışmaqla yanaşı, onları maraqlandıran sualları da cavablandırıb.
   Gecənin bədii hissəsində isə "Frankfurt azərbaycanlıları" cəmiyyəti idarə heyətinin üzvlərinin hazırladıqları Azərbaycanın qədim tarixi mədəni abidələri, təbiəti, Bakının keçmişi bu günü ilə əlaqəli qısa film göstərilib. Almanlar Almaniyada yaşayan digər millətlər Azərbaycan rəssamı Əşrəf Heybətovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Pianoçu Elnarə İsmayılovanın ifasında klassik Azərbaycan musiqisi səslənib. İştirakçılara Azərbaycan mətbəxini tanımaq imkanı da yaradılıb.
   

Həftə içi.- 2007.- 19-21 may.- S. 8.