Simnarə

 

Bakıda Moldoviyalı rəssamın sərgisi açıldı

 

İçərişəhərdə yerləşən "Abşeron" rəsm qalereyasında moldaviyalı rəssam Kristina Puçyetikanın əsərlərindən ibarət sərgi açılıb. Qalereyadan verilən məlumata görə, fərdi sərginin təşkilati işləri Gənclər və Turizm Nazirliyinə aiddir.

Sərgi "2007-ci il gənclər ilidir" fəaliyyət proqramı çərçivəsində həyata keçirildi. Hətta ekspozisiyada gənc rəssamların müxtəlif səpkidə işlənmiş 44 əsəri də nümayiş etdirildi. Sərgi hələ on gün davam edəcək.

 

Üç nöqtə.- 2007.- 9 may.- S. 13.