Tahir R.

 

Fransız qadın fotorəssamın Bakı sərgisi

 

İçərişəhərdə yerləşənAbşeronRəsm Qalereyasında tanınmış fransız qadın fotorəssamı Eve Morkretin fərdi sərgisi açılmışdır.
Ekspozisiyada yer alan bədii fotolarAyna — 2007" İkinci Beynəlxalq Yaradıcı Foto Festivalının baş sponsoruHewlett Paçkard" şirkəti Azərbaycan nümayəndəliyinin avadanlığında yüksək səviyyədə çap olunmuşdur. Şirkət təkcə Eve Morkretin əsərlərini deyil, beynəlxalq festivalın bütün bədii fotolarını da çap etmişdir.
AbşeronRəsm Qalereyasının direktoru Eldəniz İbrahimov fransız fotorəssamın dünyanı dolaşan orijinal fotokolleksiyasının Bakı sərgisi barədə bildirdi:
— Eve Morkretin fərdi sərgisində 32 fotokompozisiya nümayiş etdirilir. Onların yarısıMetamarfozlar”, digər yarısı isəHamamseriyasının payına düşür. Metamorfozlar”da qadın fiqurlarının təbiətdəki digər məxluqlara çevrilməsinin şahidi oluruq. Gənc qadın göz önündəcə yırtıcı balığa çevrilir ya digər canlılarla assosiasiya olunaquşa, heyvana, ilbizə çevrilə bilər. Bir fotoda qadının bel hissəsində tovuz quşunun bəzəkli quyruğunu görürük. Başqa model isə uzanmış ilbiz kimi təsvir olunub. Zolaqlı model zebrə oxşayır, digəri balıq kimi tor içində çırpınır. Biz sərgidə payız xəzanına qovuşan qadının təsvirini görürük. Daha bir qadın isə ekoloji fəlakət nəticəsində sahilə atılmış mazut ləkələri ilə örtülmüş balığa bənzəyir. Bütün bunlara baxmayaraq, qadınmələkdir. Metamorfozlarseriyasının üç kompozisiyasında qadın məhz mələk donundadır.
Eve Morkertin ikinci maraqlı işiHamamseriyasıdır. Bu seriyada qadın gözəlliyi tamamilə gözlənilməz bir rakursda tamaşaçılara təqdim olunur. Xanım Morkretin qəhrəmanları rəssam modellərinə bənzəyir, tanınmış fransız rəssamı Delakruanın tablolarını Bonarın pastel ilə çəkdiyi kompozisiyaları xatırladır. Bu fotolar təkcə rəsm əsərləri ilə deyil, fransız lirikası musiqisi ilə müqayidə edilə bilər.
Fransız fotorəssamı Eve Morkretin sərgisi Azərbaycan sənətsevərlərinin böyük marağına səbəb olmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Xalq qəzeti.-2007.-23 may.-S.5.