Türk musiqiçisi Azərbaycanda

 

Türkiyənin məşhur klarnetçisi Hüsnü Şenlendirici azərbaycanlı tamaşaçıları başına toplayaraq Musiqili Komediya Teatrında konsert verdi. 26 illik musiqi təcrübəsi olan musiqiçi ansamblı ilə birgə müxtəlif mahnılarla tamaşaçıların zövqünü oxşadı.
   Hüsnü Şenlendiricinin indiyə qədər 4 diski
işıq üzü görüb. İlk diskini Amerikanın məşhur "Caz" ansamblı ilə birgə ərsəyə gətirən Hüsnü həmin albomda Azərbaycan musiqisinə yer verib. Onun son albomu bir aydan sonra işıq üzü görəcək. Musiqiçinin sözlərinə görə o, paytaxtımıza gəldiyində Azərbaycanın tanınmış bəstəkarlarının musiqilərini dinləyib çox bəyənib. Odur ki, həmin mahnılardan sonuncu albomuna daxil edəcəyini bildirdi.

 

Üç nöqtə.-2007.-15 may.-S.13.