Hacızadə A.
Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya Qızıl ürək beynəlxalq
mükafatı təqdim olunmuşdur
Genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət
sahəsində yüksək nailiyyətlərinə
görə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevaya yüksək mükafat - "Qızıl
ürək" beynəlxalq mükafatı təqdim
olunmuşdur.
Mayın 27-də
Moskvanın Stanislavski
və Nemiroviç-Dançenko
adına Musiqili Teatrında keçirilən
mərasimə gələn
Mehriban xanım Əliyeva əvvəlcə
məşhur İtaliya
aktrisası, mərasimin
patronessası Sofi Lorenlə görüşmüşdür.
Sofi Loren Azərbaycanın birinci xanımını bu mükafata layiq görülməsi münasibətilə
təbrik etmişdir.
Sonra "Qızıl
ürək" beynəlxalq
mükafatının dördüncü
təqdimat mərasimi
olmuşdur. Mərasimi
Sofi Loren açmışdır. Mehriban
xanım Əliyevaya
"Qızıl ürək"
mükafatını - heykəlciyi
və "Beynəlxalq
mükafatın laureatı"
fəxri nişanını
Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının
sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
katibi İqor İvanov təqdim etmişlər.
Azərbaycanın birinci xanımına
mükafatı təqdim
edən Sergey Mironov Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək
vurğulamışdır ki,
"belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir".
Mehriban ƏLİYEVA təşəkkür
edərək demişdir:
- Mükafata görə
çox sağ olun, mənim ünvanıma deyilən səmimi sözlərə
görə çox sağ olun!
Çox sağ olun ki, mürəkkəb
zəmanəmizdə səylə
mərhəmətə çağırırsınız.
Düşünürəm ki, həm laureatlarınızın və
həm də nominantlarınızın xeyirxah
işləri mərhəmətə,
rəhmdilliyə, başqasının
dərdinə şərik
olmağa, ətrafdakıların
və bizim köməyimizə ehtiyacı
olanların ağrı-acısını duymağa
və bölüşməyə çağırışdır.
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı
ilbəil artsın və beləliklə, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin.
"Qızıl ürək"
müxtəlif ölkələrdən
olan insanları, müxtəlif peşə
və vəzifə sahiblərini universal və əbədi ideya - xeyirxahlıq ideyası ətrafında birləşdirir.
Bu böyük və nəcib işinizə görə çox sağ olun.
Azərbaycanın birinci
xanımına "Qızıl
ürək" mükafatının
təqdimatından əvvəl
Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir.
Filmdə Mehriban Əliyevanın
fəaliyyətindən, təhsil,
mədəniyyət, səhiyyə
sahəsində həyata
keçirilən geniş
layihələrdən, habelə
xəstə, yetim uşaqlara, aztəminatlı
ailələrin uşaqlarına
göstərilən yardımdan
bəhs olunurdu.
Tədbirin təşkilatçısı,
"Qızıl ürək"
Xeyriyyə Fondunun təşkilat komitəsinin
rəhbəri, tibb elmləri doktoru Yakov Brand AzərTAc-ın müxbirinə demişdir ki, Mehriban Əliyeva bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi
Fond, ilk növbədə, xəstə
uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban Əliyevaya "Qızıl
ürək" mükafatının
verilməsi barədə
qərar qəbul edilməzdən əvvəl
Fondun fəaliyyəti
ətraflı öyrənilmiş,
diabet, talassemiya, vərəm ilə mübarizə proqramı çərçivəsində, habelə evsiz-eşiksiz və əlil uşaqlara yardım sahəsində görülən
konkret işlər yüksək qiymətləndirilmişdir.
Mötəbər mükafatın
təqdim olunması mərasimində Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin təbrik məktubu oxunmuşdur.
Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə
görkəmli insanların
mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının
YUNESKO-nun İşləri
üzrə Komissiyasının,
Rusiya Hökumətinin,
Rusiya Qızıl Xaç Cəmiyyətinin,
Federasiya Şurasının,
"Qızıl
ürək" Xeyriyyə
Fondunun, İTAR-TASS agentliyinin
və bir sıra digər təşkilatların himayəsi
ilə keçirilir. Bu il "Qızıl
ürək" mükafatına
yanğın zamanı
uşaqları xilas etmiş 11 yaşlı Olqa Kozlova və
Dmitri Filyuşin,
60-dan çox uşağı
övladlığa götürmüş
Sorokinlər ailəsi
və ayrı-ayrı şəxslər layiq görülmüşlər.
Təntənəli gecədən
və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsertdən yığılan vəsait
"Həyat yolu"
xeyriyyə proqramının
ehtiyaclarına sərf
olunacaqdır.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyeva, Moskva merinin müavini Lyudmila Şvetsova, Rusiyanın fövqəladə
hallar naziri Sergey Şoyqu, məşhur müğənni,
Dövlət Dumasının
deputatı İosif Kobzon, Rusiya siyasi elitasının, işgüzar dairələrinin
görkəmli nümayəndələri,
elm və mədəniyyət xadimləri
iştirak etmişlər.,
Azərbaycan.- 2007.- 30 may.- S. 3.