Mehriban
Əliyeva İsveçrədəki
soydaşlarımızla görüşüb
AzərTAc.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrəyə səfəri
çərçivəsində İsveçrədə işləyən
və təhsil alan soydaşlarımızın
bir qrupu ilə görüşüb.
Azərbaycanın İsveçrə
və Vatikandakı səfiri, BMT-nin Cenevrədəki bölməsində
və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi Elçin
Əmirbəyov görüş
iştirakçıları barədə Mehriban Əliyevaya məlumat verib. Görüşdən
məmnunluq duyduğunu
söyləyən Mehriban
xanım xarici ölkələrdə çoxlu
sayda azərbaycanlı
mütəxəssislərin çalışdığını və gənclərin təhsil aldığını
bildirib. Son illər ölkəmizin
iqtisadiyyatının sürətlə
inkişaf etdiyini, əhalinin yaşayış
səviyyəsinin xeyli
yaxşılaşdığını xatırladan Azərbaycanın
birinci xanımı respublikamız haqqında həqiqətlərin dünyaya,
o cümlədən avropalılara çatdırılmasında
xaricdəki soydaşlarımızın böyük qüvvə olduğunu xüsusi vurğulayıb.
Gənclərin xarici ölkələrdə təhsil
almasından danışan
Mehriban Əliyeva bildirib ki, Azərbaycan
Prezidenti bu məsələyə böyük
diqqət yetirir və xüsusi sərəncam imzalayıb.
Yüksək səviyyəli
mütəxəssislər yetişdirmək
məqsədi ilə gələcəkdə minlərlə
azərbaycanlı gənc
xarici ölkələrdə
təhsil almağa göndəriləcək və
dövlət onlara hərtərəfli qayğı
göstərəcək.
Daha sonra Mehriban Əliyevanın şərəfinə
mayın 18-də Cenevrədə ziyafət verilib. Ziyafətdə Dünya Səhiyyə
Təşkilatının baş
direktoru Marqaret Çan, Dünya Səhiyyə Assambleyasının
60-cı sessiyasının
sədri, Avstraliyanın
səhiyyə naziri Ceyn Halton, BMT-nin
Cenevrədəki bölməsinin
baş direktoru Sergey Orconikidze, BMT-nin İnsan Hüquqları üzrə
ali komissarının müavini Kunq Van Kanq, BMT-nin
Avropa üzrə İqtisadi Komissiyasının
icraçı direktoru
Marik Belka, beynəlxalq təşkilatların
rəhbərləri və
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri iştirak
ediblər. Azərbaycanın İsveçrə və Vatikandakı səfiri, BMT-nin Cenevrədə bölməsi
və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəliyinin rəhbəri
Elçin Əmirbəyov
Mehriban Əliyevanı
Dünya Səhiyyə
Təşkilatının yüksək
mükafatına layiq
görülməsi münasibətilə qonaqlar adından təbrik edib. O, Azərbaycanın birincı xanımının
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti barədə də məlumat verib.
Səfir
Mehriban xanımın ana, uşaq və ailə sağlamlığının qorunması,
valideyn qayğısından
məhrum olmuş uşaqlara qayğı göstərilməsi sahəsində
xidmətlərindən danışıb.
O deyib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu səhiyyə ilə yanaşı, təhsilin, idmanın inkişafı, mədəni
irsin, ekologiyanın qorunması, Azərbaycanın
xaricdə təbliği
sahəsində çox
işlər görüb.
Bütün bunlara görə Azərbaycanın
birinci xanımına YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri adı verilib. Heydər Əliyev Fondu YUNESKO ilə birlikdə Azərbaycanda təhsilin inkişafı ilə bağlı müxtəlif
layihələr həyata
keçirib. Məhz Mehriban xanımın təşəbbüsü ilə
mədəniyyət və
incəsənətimizin bəzi
nümunələri YUNESKO-nun
mədəni və qeyri-maddi irs siyahılarına daxil edilib. M.Əliyeva mədəniyyətlər və
dinlərarası dialoqa
da öz töhfəsini verib.
Ziyafətdə ölkəmizin əsrarəngiz
təbiətini, tarixi
abidələrini, görməli
yerlərini, dənizdəki
neft mədənlərini
əks etdirən sənədli film göstərilib, incəsənət
ustalarımızın ifasında
Azərbaycan və dünya bəstəkarlarının
musiqisi səslənib.
Yeni
Azərbaycan.-2007.-22 may.-S.3.