Fransa
Senatının Qafqaz Dostluq Qrupunun rəhbəri, senator Ambruaz Düponun başçılıq etdiyi
nümayəndə heyəti
mayın 21-də Heydər Əliyev Fondunda olmuşdur.
Fondun əməkdaşı
hörmətli qonaqları
səmimiyyətlə qarşılamış
və Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri barədə
məlumat vermişdir.
Bildirilmişdir ki, fondun əsas məqsədləri
görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın
sosial-iqtisadi, mədəni
tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti
barədə gələcək
nəsillərdə, xarici
qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkənin mədəniyyəti və
tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək
göstərməkdən ibarətdir.
Son iki ildə
respublikanın bütün
regionlarında, ən
ucqar kəndlərdə
fondun təşəbbüsü
ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş,
bütün lazımi
avadanlıqla təmin
edilmişdir. Fond həm də səhiyyə sahəsində,
elmin, mədəniyyətin
inkişafına, informasiya
texnologiyalarının tətbiqinə
dair bir neçə layihə həyata keçirmişdir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və
onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən
eksponatlara, fenomen şəxsiyyətin həyatının
ən müxtəlif məqamlarını əks
etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə
tamaşa edən fransalı senator görkəmli siyasi xadim Heydər Əliyevin xüsusi xidmət orqanlarında
işlədiyi, Moskvada
keçmiş SSRİ-nin
rəhbərlərindən biri olduğu dövrləri, xarici dövlət və hökumət başçıları
ilə görüşlərini
əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru
kəmərinin keçdiyi
ərazilərin maketinə xüsusi maraq göstərmişdir.
Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər
barədə məlumatı
diqqətlə dinləyən
senator və nümayəndə heyətinin
üzvləri Heydər
Əliyevin Fransada da yaxşı tanındığını vurğulamışlar.
Fransa Senatının Qafqaz Dostluq Qrupunun rəhbəri, senator Ambruaz Düpon Xatirə kitabına ürək sözlərini
yazmış, görkəmli
siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış
fondla tanışlığın
onda zəngin təəssürat oyatdığını
söyləmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından
senator Ambruaz Düpona fondun layihəsi əsasında hazırlanmış "Qarabağ
xanəndələri" musiqi
albomu hədiyyə edilmişdir.
Heydər Əliyev Fondu ilə tanışlıqda qonaqları
Milli Məclisin deputatları Qənirə
Paşayeva və Gülər Əhmədova
müşayiət etmişlər.
Azərbaycan.-2007.-22 may.-S.5.