Ağayev S.

 

Musiqi mədəniyyətimizin beşiyi Şuşa

"Şuşa - kurort şəhəri, Şuşa şəhər-muzey, Şuşa - Şərqin musiqi akademiyası olan şəhər..."

Mehriban Əliyeva, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili


Bu sözlər Şuşanın ermənilər tərəfindən işğal edilməsinin 15-ci ilində, mayın 8- təqdimat mərasimi keçirilən, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu tarixi faktlarla bir daha sübut edən elmlər doktoru, akademik Çingiz Qacarın qələmə aldığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi təşəbbüsü ilə "Şərq-Qərb" nəşriyyatında çox nəfis şəkildə, yüksək poliqrafiya səviyyəsində çap edilmiş "Köhnə Şuşa" ("Staraya Şuşa", rus dilində) kitabının "Ön söz"ündən götürülüb".
Şuşa Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli muğam sənətinin rəmzi olan şəhərdir. Elə adı çəkilən kitabı da vərəqlədikcə bir daha buna əmin olur, Şuşa haqqında ən yüksək fikirlərində yanılmadığını bir daha duyursan.
Çingiz Qacar ixtisasca tarixçi olmasa da, çox böyük tədqiqat aparmış, Qarabağ xanlığının mərkəzi olan Şuşanın hər daşının, hər qayasının kökünədək gedib çıxmış sübut etməyə çalışmışdır ki, ermənilər rus imperiyasının
siyasəti nəticəsində son bir neçə yüz il ərzində Qarabağa köçürülsə , onlar burada qonaq olublar, tarixi Azərbaycan torpağı olan Qarabağ isə təkcə ermənilərin yox, bütün təcavüzkar qonşuların diqqətini həmişə çəkib.
Müxtəlif bölmələrdən ibarət olan kitabda müəllif bütün incəliklərə toxunmuş, Qarabağın ta qədim tarixindən tutmuş ötən əsrin 20-ci illərinə - Azərbaycanda Sovet hakimiyyəti qurulanadək olan dövrləri əhatə edən sanballı elmi-publisistik-tarixi əsər ortaya qoymuşdur.
Söz yox ki, Qarabağın tarixində önəmli olan hadisələrdən biri Ağa Məhəmməd Şah Qacarın xanlıq üzərinə dəfələrlə hücum etməsi ermənilərin xəyanəti nəticəsində Şuşanı müvəqqəti ələ keçirməsidir ki, Çingiz Qacar bu dövrü nəzərdən qaçırmayıb tarixi faktlarla obyektiv bir təsəvvür yarada bilib.
Alınmış Şuşa qalasının tikintisi tarixi memarlıq abidələrinn ucaldılması ilə Şuşanın inkişaf etdirilməsi mədəniyyət mərkəzinə çevrilməsi kitabın qayəsini təşkil edən əsas mövzulardan biri kimi ustalıqla qabardılır.
Ümumiyyətlə, Çingiz Qacar bu kitabda
demək olar ki, Şuşa həyatının, həmçinin Qarabağda yaşayış tərzinin bütün sahələrini əhatə edərək sadə qarabağlı ailəsindən tutmuş bəy xan ailələrinədək hamısını geniş işıqlandırmağa nail olmuşdur. Burada milli geyimlərimiz, bəzək şeyləri, ev əşyaları, əmək alətləri - hər detal incəliklərinə qədər oxucuya çatdırılır.
Qeyd edək ki, kitabda Qarabağ xalçalarına, xalçaçılıq sənətinin inkişaf etməsi formalaşmasına da geniş yer verilir.
Şuşada təhsilə yüksək qiymət verilməsi burada fəaliyyət göstərən məktəblərin sayı ilə təsdiqlənir.
Qarabağ xanlığında elm, mədəniyyət incəsənətin inkişaf etməsinin nəticəsidir ki, Şuşa Azərbaycana Vaqif, Natəvan, Qasım bəy Zakir, Nəvvab, Fəda kimi onlarla şair, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli kimi yazıçı dramaturqlar, Üzeyir bəy Hacıbəyov, Bülbül, Niyazi, Soltan Hacıbəyov, Xan Şuşinski kimi dahi musiqiçilər, Səməd bəy Mehmandarov kimi sərkərdələr, çoxsaylı alimlər ordusu vermişdir. Kitabın müəllifi Çingiz Qacar bu mövzuya da geniş yer ayırmış, Şuşada elmin inkişaf yollarını ustalıqla açıb göstərmişdir.
Çingiz Qacarın qələmindən çıxan, tarixçi alim Fəridə Məmmədli tədqiqatçı-jurnalist Vasif Quliyevin redaktorluq etdiyi, xalqımızın sevimlisi, Milli M
əclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ön söz yazdığı bilavasitə, onun dəstəyi ilə çap olunan "Köhnə Şuşa" kitabı Qarabağın, Şuşanın tarixini öyrənmək istəyən üçün əsl mənbə rolunu oynayan əsərdir.

Azərbaycan.-2007.-12 may.-S.6.