Ekoloji tərbiyə
və ekoloji problemlər: kitabxanaların
rolu" mövzusunda beynəlxalq konfrans
Mayın 30-da Mədəniyyət və
Turizm Nazirliyinin, Rusiya Federasiyası Mədəniyyət və
Kinematoqrafiya üzrə
Federal Agentliyinin, Rusiya Federasiyası İncəsənət, Mədəniyyət
və Turizm İşçilərinin Yenidən
Hazırlanma Akademiyasının
və Zaqatala Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ekoloji tərbiyə və ekoloji problemlər: kitabxanaların rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət və
Kinematoqrafiya üzrə
Federal Agentliyinin imzaladıqları "Mədəniyyət
sahəsində 2007-2008-ci illər
üzrə mübadilə
Proqramı" çərçivəsində
keçirilən üçgünlük
beynəlxalq tədbirdə
ekoloji informasiyanın
toplanması və təbliği məsələləri müzakirə ediləcəkdir.
Ölkəmizin Təhsil,
Ekologiya və Təbii Sərvətlər,
Rabitə və İnformasiya Texnologiyaları
nazirlikləri nümayəndələrinin,
kitabxana əməkdaşlarının,
Rusiya Federasiyasının
və Azərbaycanın
ekologiya problemləri üzrə tanınmış
mütəxəssislərinin iştirakı ilə keçirilən tədbir işinə Zaqatalada ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək
dəstələri qoyulmaqla
başlamışdır.
Konfransın birinci günündə
Rusiya Ekologiya Akademiyasının vitse-prezidenti,
fəlsəfə elmləri
doktoru, professor E.Girusov "Ekologiya dövrü insanın formalaşma yolları",
Rusiya Federasiyasının
İncəsənət, Mədəniyyət
və Turizm İşçilərinin Yenidən
Hazırlanma Akademiyasının
kafedra müdiri, professor T.Kuznetsova "Kitabxananın sosial funksiyaları
və davamlı inkişaf konsepsiyası, kitabxanaçı ekoloq peşəkar kimi", Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki
Y.Qrixanov "Rusiyada ekoloji maarifləndirmə-vətəndaş cəmiyyətinin
formalaşması yoludur",
Bryansk vilayəti elmi universal kitabxanasının direktor
müavini O.Kulikova
"Regionun ekoloji problemlərinin kitabxana-biblioqrafiya
metodları ilə analizi", Bakı Şəhər Gənclər Kitabxanasının müdiri
R.Biləndərli "Gənclərin
ekoloji tərbiyəsində
kitabxananın rolu",
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasından Z.Dadaşova
"Uşaq kitabxanalarında
ekoloji biliklərin təbliği", Bakının
8-ci mikrorayonundakı kütləvi
kitabxanasının müdiri
L.Atayeva "Təbiəti
qorumaq-insanı qorumaq deməkdir" mövzularında məruzə
etmişlər.
Tədbir keçirilən günlərdə F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
təsisçiliyi ilə
nəşr olunan
"Göy qurşağı"
jurnalının ekoloji
problemlərə həsr
olunmuş xüsusi buraxılışının, konfrans
iştirakçılarına sertifikatların təqdimatları
da nəzərdə tutulmuşdur.
İştirakçılar konfrans çərçivəsində
Zaqatala rayonunun tarix-diyarşünaslıq
muzeyi, Zaqatala qoruğu və rayon ərazisindəki tarixi abidələrlə də tanış olacaqlar.
Konfrans mayın 31-də işini davam etdirəcəkdir.
Azərbaycan.-2007.-31 may.-S.6.