Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2007-ci il fevralın 1-dən orta hesabla 25 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2007-ci il

 

Azərbaycan.- 2007.- 23 yanvar.- S. 2.