"Bu meydan, bu ekran!" bədii film
layihələri
İstedadlı gəncləri kino yaradıcılığına cəlb
etmək, onlara kinoda özlərini sınamaq imkanı vermək, eləcə də film istehsalı ilə məşğul olan şirkətlər arasında rəqabət üçün stimul yaratmaq məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyi "Bu meydan, bu ekran!"
bədii film layihələri
müsabiqəsi keçirir. Müsabiqədə film istehsalı ilə məşğul olan dövlət və özəl studiyalar, şirkətlər iştirak
edə bilərlər.
Layihənin rejissorunun yaşı
37-dən artıq olmamalıdır.
Müsabiqəyə təqdim
olunan layihəyə
aid sənədlər paketi
2007-ci il fevralın 2-dən aprelin
15-dək bağlı zərfdə
Mədəniyyət və
Turizm Nazirliyinə -
AZ 1016,-Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 331-ci otağa
təqdim edilməlidir.
Həmin
devizin qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə
iştirakçısı olan
studiyanın, şirkətin
adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti,
poçt və bank rekvizitləri, həmçinin
rejissorun, ssenari müəllifinin, prodüserin
adları və əlaqə telefonları qeyd edilməlidir.
Sənədlər paketinə
aşağıdakılar daxildir:
çəkilişi rəqəmli
daşıyıcıda nəzərdə
tutulan istənilən
janr, format, davametmə
vaxtı göstərilməklə
filmin ədəbi ssenarisi, rejissorun, ssenari müəllifinin və prodüserin gələcək film haqqında
1 səhifəlik şərhləri,
layihənin təxmini,
lakin 30 min manatdan çox olmayan smeta dəyəri, filmin istehsal müddəti, habelə çəkiliş qrupu və əsas rolların ifaçıları
haqqında məlumat.
Sənədlər paketi tam olmadığı
halda layihəyə buraxılmayacaqdır.
Münsiflər heyətinin
hər bir üzvü
Müsabiqə ilə bağlı təşkilati işləri
Mədəniyyət və
Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi
həyata keçirir.
Azərbaycan. -2007.- 27 yanvar.- S. 7.