"Əlvida, cənub şəhəri" Berlin festivalında

 

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Oleq Səfərəliyevin quruluş verdiyi Əlvida cənub şəhəri tammetrajlı bədii filmi Berlin Beynəlxalq kino festivalına dəvət alıb.         

Azərbaycan  Kinematoqrafçılar İttifaqında bildirmişlər ki, filmin  Berlin festivalına  qatılmazdan əvvəl bu şəhərin kinoteatrlarında nümayişi nəzərdə tutulmuşdur.

2006-cı ildə istehsal olunan "Qızıl çıraq" mükafatını qazanan filmdə baş rollann ifaçıları Timur Bədəlbəyli Mehriban Zəkidir. Digər obrazları Fuad Poladov, Fəxrəddin Manafov, Elmira Şabanova başqaları canlandırmışlar.

Bu günlərdə tanınmış yazarla bağlı daha. bir sevindirici xəbər aldıq. Məşhur kinodramaturq Rüstəm İbrahimbəyov Rusiyada çəkilən "Aleksandr Nevski" filminə prodüser kimi dəvət olunub. Rusiyada çəkilən ən böyük layihələrdən biri olan "Aleksandr Nevski" filmində Rüstəm İbrahimbəyovun prodüser qismində çıxış etməsini Azərbaycan kinematoqrafiyasının uğuru hesab etmek olar. Amma üzücü fakt odur ki, R.İbrahimbəyov əsas layihələrini Azərbaycandan kənarda reallaşdırır.

 

Bakı.- 2007.- 30 yanvar.- S. 3.